18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Millimiz tarixi şansı əldən verdi
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.
Emtv.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv G qrupunda son tur matçında, səfərdə İsveçə uduzub - 0:3.
Stokholmda təşkil olunmuş qarşılaşmanın ilk setini 25:13 hesablı üstünlüklə tamamlayan meydan sahibləri ikinci setdə müqavimətlə üzləşiblər.
Lakin bu setdən 25:19 hesablı üstünlüklə ayrılan skandinaviyalılar üçüncünü də böyük fərqlə başa vurublar - 25:16.
Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib. Cəlalovun komandası daha çox - 3 qələbə qazandığı üçün 2-ci yeri tutub.
Bununla belə, ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı "5-liy"ə Azərbaycan düşə bilməyib. Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib.
Avropa çempionatı, seçmə mərhələ
G qrupu, VI tur
20:00. İsveç - Azərbaycan - 3:0 (25:13, 25:19, 25:16)
Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)
Stokholm, "Eriksdalshallen" voleybol salonu
Qeyd edək ki, Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyuna çıxıb.
Zərifə Ələkbərova
Emtv.az