18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prezident İlham Əliyev milli komandamızın oyununu izləyib - Foto
Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin rəsmi açılış mərasimindən sonra “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb.
Emtv.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra oyuna start verilib. 3:0 hesabı ilə qalib gələn voleybolçu qızlarımız Avropa çempionatına qələbə ilə başlayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışlayıb.
Qeyd edək ki, sentyabrın 22-dən oktyabrın 1-dək davam edəcək, Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində 16 komanda dörd qrupda mübarizəyə qoşulub. “A” qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığma komandaları yer alıblar. Çempionata ev sahibliyi edən digər ölkənin – Gürcüstanın yığma komandası İtaliya, Xorvatiya və Belarus milliləri ilə birlikdə “B” qrupunda mübarizə aparacaq.
“C” qrupunda hazırkı Avropa çempionları – Rusiya voleybolçuları ilə yanaşı, Türkiyə, Bolqarıstan və Ukrayna yığmaları da qrupdan çıxmaq uğrunda yarışacaqlar. “D” qrupunda isə Serbiya, Niderland, Belçika və Çexiya yığma komandaları qərarlaşıblar. “A” və “C” qruplarının qarşılaşmaları Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. “B” qrupunun görüşləri Tbilisidə, “D” qrupunun matçları isə Göygöl Olimpiya İdman Kompleksində oynanılacaq. Qaydalara əsasən, qruplarda birinci yeri tutan komandalar dörddəbir finala birbaşa vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerdə qərarlaşan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar.
Çempionatın pley-off, dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.
Emtv.az