18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Basketbolçularımız Avropa çempionatında güclərini sınayacaqlar
Bu il ölkəmizin basketbol tarixində ilk dəfə milli komandalarımız 3 yaş qrupunda Avropa çempionatına qatılacaqlar.
Emtv.az xəbər verir ki, iyulun 14-dən 23-dək Rumıniyanın Oradea şəhərində keçiriləcək Avropa çempionatında (divizion B) kişilərdən ibarət U-20 millimiz gücünü sınayacaq. Baş məşqçi Tahir Baxşıyevin yetirmələri Slovakiya, Böyük Britaniya, Rusiya, Niderland komandaları ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Millimiz ilk görüşünü iyulun 14-də Rusiya yığmasına qarşı keçirəcək.
Daha sonra iyulun 23-30-da Elşən Yusubovun başçılığı altında U-16 yığma komandamız Andorrada keçiriləcək qitə birinciliyinə (divizion C) qatılacaq.
İyulun 28-dən avqustun 6-dək Tallində (Estoniya) U-18 yaş qrupunda Avropa çempionatını (divizion B) keçiriləcək. Milli komandamız yarışda birincilik uğrunda mübarizə aparacaq.
Emtv.az