18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Voleybol üzrə Azərbaycan çempionatı davam edir
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan və Naxçıvan Voleybol federasiyalarının birgə təşkil etdikləri Azərbaycan çempionatının yüksək liqasında birinci dövrənin ikinci turunun oyunları keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ilk olaraq meydana “Lokomotiv” və “Naxçıvan” komandaları çıxıb. Hər iki komanda ilk turda qələbə qazandığı üçün bu görüşə də maraq çox idi. Oyuna yaxşı başlayan “Lokomotiv” birinci setdə çətinlik çəkmədən qələbə qazanıb – 25:16. İkinci setdə də qələbəni bayram edən dəmiryolçular (25:21) üçüncü setdə meydanı məğlub tərk ediblər – 18:25. Bundan sonra üstünlüyü ələ alan komandamız dördüncü setin ortalarına kimi 5 top fərqi ilə irəlidə olsa da, bunu qoruya bilməyib və ikinci turda məğlubiyyətlə barışmalı olub – 3:1.
Günün ikinci oyununda meydana “Neftçi” və “Nəqliyyatçı” komandaları çıxıb. İlk turda olduğu kimi, bu turda da “Neftçi” quru hesabla qələbə qazanıb. İlk iki setdə 25:16 hesablı qələbə “Nəqliyyatçı”nı ruhdan salıb. Bundan istifadə edən ağ-qaralar üçüncü seti də üstün başa vuraraq (25:14) növbəti qələbəni bayram ediblər – 3:0.
Günün son oyununda isə “Sumqayıt” və MOİK komandaları qarşılaşıb. Daha üstün oyun sərgiləyən MOİK komandası çempionatda ilk qələbəsini qazanıb – 3:0.
Üçüncü turun oyunları bu gün keçiriləcək:
Saat 1200 “Sumqayıt”-“Lokomotiv”
Saat 1400 “Neftçi”-“Naxçıvan”
Saat 1600 “Nəqliyyatçı”-MOİK