18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxıb
Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.
Emtv.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəldilər. Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazandı. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə də milli komandamızın qələbəsi ilə başa çatdı - 25:23. Beləliklə, Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub etdi.
Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışladı.
Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.
Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Milli komandamız qrup mərhələsinin sonuncu oyununda Almaniya yığması ilə qarşılaşacaq.
Emtv.az