18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyəni fətva ilə vuracaqlar: 4 dövlətin XAİN PLANI ORTAYA ÇIXDI
ABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər göndərən, amma istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə başlayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu ölkələrdən maliyyə dəstəyi alan “Heyət Təhrir üş Şam” (HTS) təşkilatı Türkiyənin Suriyadakı müttəfiqi Azad Suriya Ordusunu “mürtəd” (dinindən dönən – red.) elan edərək İdlibə hücumlarını artırıb.
İdlib şəhərində terror-aktları həyata keçirən təşkilat şəhər ətrafındakı kəndləri ələ keçirib. Rusiya və Türkiyə arasında imzalanan Soçi razılaşması ilə təhlükəsiz zona elan edilən vilayətə hücumların artması bu iki ölkə ilə yanaşı, İranın da yer aldığı Astana formatına zərbə hesab olunur.
“Yeni Şəfəq” nəşrinin yazdığına görə, ABŞ-ın planlarına uyğun olaraq hərəkətə keçən güclər Münbiç və Fəratın şərqində əməliyyata hazırlaşan Türkiyənin diqqətini Fəratın qərbinə - İdlibə çəkmək, Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin bölgəyə hücumlarına zəmin yaradaraq Türkiyə-Rusiya ittifaqını, bununla da Soçi razılaşmasını pozmaq, Türkiyəni növbəti qaçqın dalğası ilə vurmaqdır.
Məlumata görə, ABŞ-PKK ittifaqı tərəfindən İdlibə göndərilən yüzlərlə İŞİD-şi hazırda “Heyət Təhrir üş Şam”ın sıralarında döyüşür. Bu vəziyyət isə İdlibdə genişmiqyaslı terror aktları və təxribatlara yol açır.
Qeyd edək ki, hazırda Soçi razılaşmasına uyğun olaraq Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub.
Zərifə Ələkbərova
Emtv.az