18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əsəd rejimi və PKK/PYD arasında kirli bazarlıq : Terrorçulara muxtariyyət verilir, qarant rolunda isə ABŞ və Rusiyadır
Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG, Əsəd rejimi ilə danışıqlar masasına oturub.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə terrorçuların muxtariyyət üçün bazarlığa başladığı ortaya çıxıb.
Paytaxt Dəməşqdə keçrilən danışıqlarda PKK/PYD-ni İlham Əhməd, Əsəd rejimini isə Suriya ordusunun baş qərərgah rəisinin müavini təmsil edib.
Görüşə dair ilk sızan məlumatlara görə, Əsəd rejimi masaya Fərat çayının şərqində PKK/PYD üçün muxtariyyət və ya məhdud federasiya qurulması haqda təkliflər paketi təqdim edib.
Məlumatlara görə, Dəməşq rejimi ilə PKK/PYD arasındakı görüş ABŞ və Rusiya tərəfindən də dəstəklənir. ABŞ-ın Suriyadakı nümayəndəsi Brett Mcgurk Dəməşqdəki görüşdən əvvəl PKK/PYD liderləri ilə bir araya gəlib. Brett Mcgurkun PKK/PYD-ni Əsəd rejimi ilə danışıqlara təşviq etdiyi bildirilir. Dəməşqdəki ilk görüşün ardından danışıqların davam etdirilməsi haqda razılıq əldə olunub.
Əsəd rejimi ilə terror təşkilatı arasında danışıqların ilk nəticəsinin İdlib məsələsində ortaya çıxdığı qeyd olunur. Suriya rejimi, Türkiyənin təkidi ilə Astana anlaşması çərçivəsində atəşkəs bölgəsi elan edilən İdlibə hücum etməyə hazırlaşır. Türkiyənin dəstəklədiyi Suriya müxaliflərinin nəzarətində olan İdlibin ələ keçirilməsi üçün PKK/PYD də Əsəd rejiminə dəstək verəcəyini açıqlayıb.
Qeyd edək ki, Astana anlaşma çərçivəsində Rusiya, İran və Türkiyə 15 sentyabr 2017-ci ildə İdlibdə atəşkəs bölgəsinin elan edilməsi haqda razılıq əldə etmişdi.
Sevinc Əlimova,
Emtv.az
Avropa.info
Paylaş: