SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Əsəd və PKK/PYD arasında “vətən xaini” qalmaqalı – Köhnə dostlar düşmən oldu

19-12-2017, 13:08 | Oxunub: 10 692 |

Əsəd və PKK/PYD arasında “vətən xaini” qalmaqalı – Köhnə dostlar düşmən oldu

PKK-nın Suriya qolu PYD/YPG-nin bünövrəsini təşkil etdiyi SDQ Bəşər Əsədin “vətən xainləri” ittihamına cavab verib.

Emtv.az xəbər verir ki, terror təşkilatının yaydığı bəyanatda Suriya rejiminə “Xain Əsədin özüdür” cavabı verilib.

Qeyd edək ki, prezident Bəşər Əsəd dünən jurnalistlər qarşısında çıxışında PYD/YPG-ni nəzərdə tutaraq başqa dövlətlərin göstərişi ilə fəaliyyət göstərən qruplaşmaları vətən xaini adlandırmışdı.

Açıqlamalardan sonra əvvəllər araları yaxşı olan rejim və terrorçular arasında rabitə kəsilib.

“Əsəd və tör-töküntülərinin xəyanətdən danışmağa haqqı yoxdur, çünki rejimin özü ölkədə fərqli qruplar formalaşdırmışdır. Bu qruplar xalq və torpağa ziyan vurub. Rejimin özü xarici terrora qapı araladı və həbsxanalardakı terrorçuları azad etdi ki, Suriya xalqının qanını töksünlər” – SDQ-nin bəyanatında belə deyilir.

PYD və Əsəd rejimi Suriyada vaxtaşırı olaraq Rusiya vasitəsilə rabitə saxlayır, birgə hərəkət edirdilər. Əsəd kürdlərə muxtariyyət sözü versə də, belə bir münaqişənin ortaya çıxması maraq doğurur. Ekspertlər bunu Rusiya və ABŞ-ın mövqelərini konkretləşdirməsi ilə izah edirlər.

Qeyd edək ki, Rusiya da daha PYD-nin Soçi sammitində iştirak etməməsi ilə bağlı Türkiyə ilə həmrəy olduğunu bildirmişdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR