SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Ərdoğan ilə əldə edilən razılaşma, Putinin gücünün sərhədlərini göstərir” – Qərb mediası İdlib sazişini Ərdoğanın qələbəsi adlandırır

18-09-2018, 12:17 | Oxunub: 8 772 |

“Ərdoğan ilə əldə edilən razılaşma, Putinin gücünün sərhədlərini göstərir” – Qərb mediası İdlib sazişini Ərdoğanın qələbəsi adlandırır

Türkiyə və Rusiya arasında “İdlibdə gərginliyin azaldılması və bölgəsindəki vəziyyətin düzəldilməsinə dair” memorandumun imzalanması Avropa tərəfindən də diqqətlə təqib edilib.

Emtv.az xəbər verir ki, Qərb mediası Soçidə keçirilən kritik görüşə geniş yer verib.

İngiltərənin öndə gələn qəzetlərindən “Guardian” Türkiyənin səyləri nəticəsində mülki vətəndaşların qorunacağını yazıb. Qəzet, Rusiya ilə Türkiyənin İdlib məsələsində imzaladığı müqavilənin İdlibdə insani böhran riskini azaltdığı Əsəd ordusu ilə müxaliflər arasında tərksilah edilmiş bufer zona qurulacağını yazıb.

“Financial Times” qəzeti birinci səhifəsindən yaydığı xəbərdə, Türkiyənin səyləri nəticəsində Suriyada üsyançıların son qalasına hücumun qarşısının alındığını qeyd edib.

İngiltərənin BBC telekanalı Rusiya və Türkiyənin İdlibdə bufer zona yaradacağını bildirib. Telekanal Ankara və Moskvanın İdlibdə dəhşətli insani fəlakətin qarşısını aldığını da qeyd edib.

Ərdoğan və Putinin İdlib mövzusunda keçirdiyi görüşü internet səhifəsində işıqlandıran Almaniyanın Zeit qəzeti, Türkiyənin bu məsələdə rolunu xüsusi vurğulayıb. Qəzet İdlib razılaşmasını misal gətirərək, Rusiya prezidenti Putinin də gücünün sərhədləri olduğunu yazıb.

“Ərdoğan ilə əldə edilən razılaşma, Putinin gücünün sərhədlərini göstərir”- Zeit qəzeti belə yazıb.

“Frankfurter Rundschau” qəzeti İdlib razılaşmasına diqqət edərək, üsyançıların qalasına qarşı hücumun dəf olunduğunu bildirib. Qəzetin yazdığına görə, bu sazişlə Türkiyə İdlibə qarşı Rusiya təcavüzünü əngəlləyib.

Fransanın “Le Monde” qəzeti, internet səhifəsindəki xəbərdə Türkiyə və Rusiyanın razılığa gəldiyini, İdlibdə insani krizin qarşısının alındığını yazıb.

“Liberation” qəzeti Türkiyə prezidenti Ərdoğanın həftələrdir Dəməşq rejiminin müxaliflərə yönəlik hücumunun qarşısını almağa səy göstərdiyini və lazım olan müqaviləni Putindən “qopara” bildiyini yazıb.

Xəbərdə həmçinin, Ankaranın Suriya müxalifləri içində söz sahibi olduğu, son həftələr İdlibdə keçirilən nümayişlərdə Türkiyə bayraqlarının da qaldırıldığı qeyd olunur.

Hollandiyanın NOS agentliyi isə İdlib sazişini Ərdoğanın uğuru kimi qiymətləndirib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR