18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Suriya yenidən böyük fəlakətin astanasında ...
Əsəd rejimi İdlibdə yeni hərbi əməliyyatlara başlamaq üçün, ətraf bölgələrdəki İran dəstəkli militanları əraziyə gətirir.
Emtv.az xəbə verir ki, bunu ərəb mətbuatına açıqlamasında Suriya İnsan Haqları Rəsədxanasının direktoru Rami Abdurahman deyib.
Onun sözlərinə görə, Ankara ilə Moskva arasında İdlib məsələsində danışıqlar davam edərkən, Əsəd rejimi İran dəstəkli militanları bölgəyə cəlb edir.
“Rejim sayları 600 olduğu təxmin edilən Şərq Quta və Dəradakı silahlı qrupları İdlib əməliyyatı üçün bölgəyə sövq edir. İdlibdəki müxalif qruplar isə hazırda mümkün savaşa zərər verməməsi üçün, İŞİD-çilərin gizləndiyi ehtimal olunan bəzi məkanlarda əməliyyat aparır”– Rami Abdurrəhman belə deyib.
Alman xəbər agentliyi (DPA) isə suriyalı müxalif bir mənbəyə əsaslanaraq verdiyi xəbərində, rejimin yüzlərlə silahlı militanı şənbə günü Humusun şimalındakı Hamaya gətirdiyini bildirib. Həmin qrupların buradan Morek bölgəsinə aparılacağı qeyd olunub.
İdlibdə yerli əhali ilə yanaşı, Hələbdən gələn qaçqınlar və əsasən Türkiyənin dəstəklədiyi müxalif qruplar yerləşib. Türkiyə, Rusiya və İran arasındakı Astana razılaşmasına görə, İdlib bölgəsi “təhlükəsizlik bölgəsi” elan olunub. Rəsmi Ankara bu səbəbdən də İdlibdə hərbi əməliyyatların keçirilməsinə qarşıdır.
Seymur Rəhimov,
Emtv.az