18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Suriyadakı “atəşkəs”in nəticəsində mülki əhali arasında 400 nəfər ölüb
Suriyada atəşkəs zonaları sayılan Şərqi Quta və İdlibdə Əsəd rejiminin atəşkəs pozması nəticəsində son vaxtlar baş verən hücumlarda 400 nəfər həyatını itirib.
Emtv.az xəbər verir ki, rejimin mühasirəsində olan Şərqi Qutaya hücumlar 2017-ci ilin 14 noyabrından bu yana davam edir.
Region ağır bombardmana məruz qalır. Keçən ilin 14 noyabrından bu yana davam edən hücumlarda 5 mülk müdafiə üzvü, 303 mülki şəxs ölüb. Yaralıların sayı 1400 nəfəri keçib. Son iki həftə ərzində isə 161 mülki şəxs ölüb.
İdlib vilayətində isə Rusiyanın dəstək verdiyi Əsəd rejiminin hücumları üç həftədir davam edir. Son hücumlarda 95 mülki şəxs ölüb, 200 nəfərdən çox mülki şəxs yaralanıb.
Digər tərəfdə isə İranın dəstək verdiyi silahlı qruplaşmalar ilə rejim əleyhdarı qüvvələr arasında şiddətli döyüşlər gedir.
Xatırladaq ki, 4-5 may tarixlərində Astana danışıqlarında Şərqi Quta və Türkiyə sərhədindəki İdlib torpaqları atəşkəs zonası elan edilmişdi.
Emtv.az