SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ABŞ təyyarələri Suriyanın “atəşkəs bölgələri” üzərində uça bilməyəcək- TÜRKİYƏ, RUSİYA VƏ İRAN BU QƏRARA GƏLİB

5-05-2017, 12:27 | Oxunub: 10 312 |

ABŞ təyyarələri Suriyanın “atəşkəs bölgələri” üzərində uça bilməyəcək- TÜRKİYƏ, RUSİYA VƏ İRAN BU QƏRARA GƏLİB
Türkiyə, Rusiya və İran Suriyada dörd “atəşkəs bölgəsi”nin yaradılması barədə protokol imzalayıb. Rusiya bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri “atəşkəs bölgələrinin” üzərində uça bilməyəcək.
Türkiyənin Anadolu Ajansı (AA) atəşkəs bölgələrinin ətrafında “təhlükəsizlik bölgələrinin” qurulmasının nəzərdə tutulduğunu deyir.


Qazaxıstanın paytaxtı Astanada görüşən ölkələrin nümayəndə heyətlərinin protokolu imzalaması bəzi müxalif qrupların nümayəndələrinin narazılığına səbəb olub. Bəzi müxalifət nümayəndələri qışqıra-qışqıra görüşlərin keçirildiyi zalı tərk edib.
Atəşkəs zonaları harada olacaq?

Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada müqavilənin məmnuniyyətlə qarşılandığı bildirilib:
“Toplantıda atəşkəsin təminatçısı olan ölkələr – Türkiyə, Rusiya Federasiyası və İran arasında Suriyanın İdlib vilayətinin hamısı, Lazkiye, Hələb və Həma vilayətlərinin müəyyən hissələri, Homs vilayətinin müəyyən hissələri, Şam/şərqi Guta bölgəsi və Deraa və Kuneytra vilayətlərinin müəyyən hissələrini əhatə edən atəşkəs bölgələrinin yaradılması haqqında Niyyət Protokolu imzalanmışdır”.

Bəyanatda o da deyilir ki, döyüşən tərəflər arasında yuxarıda sadalanan bölgələrdə hava ünsürləri də daxil olmaqla, hər cür silahdan istifadənin dayandırılması və bölgələrə təcili və fasiləsiz humanitar yardım axınının təmin edəcək bu Niyyət Protokolunu məmnuniyyətlə qarşılayırıq.
Protokolun imzalanmasından əvvəl prezident Rəcəb Tayyip Ərdoğan deyib ki, atəşkəs bölgələrinin yaradılması problemin 50 faizini həll edir.

Qeyd edək ki, Ərdoğan və Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Soçidə görüşərək Suriyada atəşkəs zonalarının yaradılması barədə razılığa gəlib. Liderlərin birgə mətbuat konfransında danışan Putin bildirib ki, bu məsələnin təfərrüatlarına Astanada görüşəcək Suriya hökuməti ilə silahlı müxalif qruplar qərar verməlidir. O həmçinin qeyd edib ki, bu ideyaya bu həftə telefonda ABŞ Prezidenti Donald Trump da dəstək verib.

Suriya Xarici İşlər Nazirliyi də atəşkəs bölgələri təklifini dəstəklədiyini bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR