17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Bütün məsələlər barədə razılaşdıq, ancaq…” - Ərdoğan
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçi görüşünün yekunlarına dair mətbuat konfransı keçiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdə regional məsələlərin, ilk növbədə Suriyada vəziyyətin müzakirə olunduğunu bildirib. Türkiyə lideri deyib ki, bəzi qüvvələr Suriyada münaqişənin nizama salınması prosesinə maneələr yaradırlar. Astana danışıqları Suriyada qan axıdılmasının dayandırılmasına və sülhün bərqərar olmasına kömək edəcək. Terrorçu qruplaşmalar arasında fərqin olmadığını, bu qruplaşmaların vampir kimi insanların qanını içdiyini deyən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə öz sərhədləri yaxınlığında hər hansı qurumun yaradılmasına imkan verməyəcək. Türkiyə Prezidenti dünyada terror dalğasının qarşısının alınmasında səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin rusiyalı həmkarını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə keçiriləcək sammitinə dəvət edib.
Türkiyədən pomidor idxalına qoyulan qadağanın aradan qaldırılması barədə suala cavab verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə arasında məlum gərginlikdən sonra Rusiya sahibkarları banklardan kreditlər götürərək bu sahəni inkişaf etdirməyə başlayıblar. O qeyd edib ki, Türkiyə pomidorları dadlı və ucuzdur, lakin Rusiya sahibkarlarının da bu sahəni inkişaf etdirməsinə imkan yaradılmalıdır. Türkiyədən pomidor idxalına olan qadağa bir müddətdən sonra aradan qaldırılacaq.
Türkiyə Prezidenti isə bu suala belə cavab verib: “Pomidor ixracından başqa bütün məsələlər barədə razılığa gəlmişik”.
Türkiyə ilə viza rejiminin aradan qaldırılması barədə suala cavabında Vladimir Putin bildirib ki, rəsmi Moskva Rusiyaya işlə bağlı tez-tez gələn türkiyəlilər üçün xüsusi rejim tətbiq etməyə hazırdır.
Emtv.az