18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ərdoğan-Putin əlaqələrində Bakının rolu... - İlin hadisələri
Emtv.az xəbər verir ki, yerli mətbuat fərqli ölkələrdən olan politoloq və analitiklər "İlin ən əhəmiyyətli və ən uğursuz siyasi hadisələrləri" haqda sorğu ünvanlayıb.
Cavabları təqdim edirik:
Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, teleaparıcı Yevgeni Mixaylov:
Fikrimcə, ilin ən əhəmiyyətli siyasi hadisələrindən biri Rusiya və Türkiyə arasında genişmiqyaslı iqtisadi və siyasi münasibətlərin inkişafıdır. O cümlədən, Azərbaycanla Rusiya Federasiyası arasında qarşılıqlı görüşlərin keçirilməsi, müqavilələrin imzalanması da mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Çünki Vladimir Putin və İlham Əliyev praktiki olaraq bir sıra dünya əhəmiyyətli məsələlərdə ortaq məxrəcə gələ biliblər. Rəsmi Ankara ilə Moskvanın əlaqələrinin inkişafında Bakının rolu da əvəzedilməz oldu. Bunun sayəsində Suriyada sülhün bərqərar olması istiqamətində irəliləyişlərə nail olundu. Bu, bəlkə də dünyada bu il baş verən ən əhəmiyyətli hadisədir. Regionda hərbi əməkdaşlığın intensivləşməsi və ilk növbədə Moskvanın İrəvanın səylərinə baxmayaraq, Azərbaycanı KTMT-də görmək istəyini də qeyd etmək istərdim.
İlin ən uğursuz hadisəsi isə İrəvandakı çevriliş və Nikol Paşinyanın hakimiyyətə gəlməsidir.
Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov:
İlin ən uğurlu siyasi hadisəsinə misal kimi ABŞ, Yaponiya və Hindistan liderlərinin birgə sammit keçirib hərbi-siyasi əməkdaşlıq haqqında razılığa gəlməsini göstərmək olar. Hazırda dünya siyasətində təsiri o qədər müşahidə olunmasa da, bu hadisə gələcək dünya siyasətinə güclü təsir göstərəcək. Bu, ABŞ, Rusiya, Çin, Hindistan, Yaponiya arasında güclərin balansını müəyyən edən ciddi bir addımdır.
Ən uğursuz hadisə kimi isə Breksit hadisəsini nümunə göstərmək olar.
"Kafkassam"ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Kaya:
2018-ci ilin ən yaddaqalan siyasi hadisəsi, zənnimcə, Şimali Koreya, ABŞ və Cənubi Koreya yaxınlaşmasıdır.
Şimali Koreya bu addımlar atılmadan bir neçə həftə öncə Cənubi Koreyanı məhv etməklə təhdid edirdi. Aprelin 27-də iki tərəfin liderləri arasında müşahidə olunan müsbət addımlar və danışıqlar ilin ən yaddaqalan siyasi hadisə oldu. Məncə, bu, Kim-Tramp görüşündən sonra tarixi zirvə olaraq qiymətləndirilə bilər.
2018-ci ildə ən uğursuz siyasi hadisəsi əvəzinə, siyasi hadisələri demək daha düzgün olardı. Bu hadisələrin sayı-hesabı yoxdur. Yalnız iki nümunəyə baxmaq kifayətdir: Səudiyyə Ərəbistanı başqa bir ölkənin ərazisində bir insanı qətlə yetirdi. İkincisi, Braziliyada Jair Bolsonaronun hakimiyyətə gəlməsi həm Brazilyaya, həm də bölgəyə mənfi təsir göstərəcək. Çünki Bolsonaronun ifadəsinə baxdığınız zaman dünyadakı polarizasiyanı artırma ehtimalı daha çoxdur.
Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov:
2018-ci ildə xüsusilə yaddaqalan bir hadisənin olduğunu düşünmürəm. Sadəcə olaraq siyasi rutin keçirildi. Hətta Trampın ABŞ ordusunu Suriya və Əfqanıstan çıxarmasını da siyasi razılaşma kimi qiymətləndirirəm.
Putin-Tramp görüşlərini uğursuz siyasi hadisə kimi qeyd edərdim. Nələrisə dəyişmək istəsələr də, buna nail ola bilmirlər.
ABŞ-ın Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik:
Terrorla mübarizə və davamlı inkişaf hədəflərini nəzərə alasaq, bir çox əhəmiyyətli siyasi hadisə baş verdi. Təkcə üzdə olan dünya liderlərinin adını çəkmək istəmirəm, dünya mətbuatının gündəmindən uzaq olan bölgələrdə, elə Afrikanın özündə də bəzi uğurlar qazanıldı.
Ümid edək ki, 2019-cu il dünyadakı bütün siyasi liderlər üçün daha uğurlu, daha müsbət, daha professional bir il kimi yadda qalacaq.
Rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk:
Bu ilin ən yaddaqalan və ən əhəmiyyətli hadisələrini belə xarakterizə edərdim: 2018-ci ildə dünya qarşıdurmaya sürükləndi və xüsusən də post-sovet məkanına olan təzyiq artdı.
Ayrı-ayrılıqda götürsək, 2018-ci il Şimali Koreyanın nüvə silahı sınaqları, İranla ABŞ arasındakı sövdələşmənin pozulması, Türkiyənin Suriyadakı hərbi fəaliyyəti, Xəzər Konvensiyasının imzalanması və bu kimi digər mühüm siyasi hadisələrlə yadda qaldı.
Bunların hamısı birlikdə vahid bir tendensiya və mənzərəni ortaya çıxarır. Lakin mən şəxsən hər bir ilin dəyərləndirməsini insan ambisiyaları və bitib-tükənməyən müharibələrlə deyil, kosmik fəzaya yiyələnməklə ölçərdim. Məsələn, 2018-ci il xüsusi zont vasitəsilə Günəşə kifayət qədər yaxınlaşdıq. Bu, böyük uğurdur.
Dünya ictimaiyyəti, əksər hallarda, siyasəti anlamır. Bu baxımından, Suriyada müharibənin davam etməsi və ya qaçqınların Avropaya olan axını dünya ictimaiyyəti tərəfindən uğursuz siyasi proseslər kimi qiymətləndirilə bilər.
Həmçinin bəziləri üçün uğursuz olan hadisə digərləri üçün uğurlu ola bilər. Məsələn, Suriyadakı qeyri-sabitlik rəsmi Vaşinqton üçün uğurlu hadisə hesab oluna bilər. Və yaxud da eks-prezident Obamanın İranla sözləşməsini Trampın uğursuz addım sayıb ləğv etməsi... Dünya ictimaiyyəti isə məsələləri KİV necə istiqamətləndirərsə, elə də qiymətləndirəcək.
ABŞ Tennessi Universitetinin politologiya professoru Andrey Korobkov:
Fikrimcə, bu ilin ən əhəmiyyətli və maraqlı hadisəsi Donald Trampın Avropaya səfəri oldu. ABŞ prezidenti səfərin gedişində avropalılara çox aydın şəkildə göstərdi ki, NATO bundan sonra formal baxış nöqteyi-nəzərindən eynihüquqlu ölkələrin ittifaqı olmayacaq və bu həyatda hər bir şey üçün ödəniş etmək lazımdır. Tramp avropalılara sübut etdi ki, kim evin sahibidir, kim qonaqdır.
Trampın Suriyadan ordunu geri çəkməsi elanı və Əfqanıstandakı hərbi kontingenti iki dəfə azaltması təkcə Ağ Evin Şərqdəki yeni siyasət xəttini göstərmədi, həm də Amerikanın qoyulmuş məqsədlərinə güc vasitəsilə çatmağın mümkün olmadığını sübut etdi və keçmiş strategiyanın fiaskosunu göstərdi.
Aysu Əliyeva,
Emtv.az