17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"ABŞ-ın İranla bağlı hərbi aktivliyi arta bilər" - Günün siyasi şərhi
ABŞ dövlət katibi RexTillerson İranı terrora dəstək verən və ABŞ maraqlarına zidd ölkə adlandırıb.
Tillerson keçmiş prezident Barak Obamanın dövründə əldə edilmiş İranla nüvə sazişinin Konqresdə müzakirə ediləcəyini bildirib. O qeyd edib ki, İran təkcə ABŞ üçün deyil, eyni zamanda region və bütün dünya üçün təhlükə yaradır. İran Suriya, Yəmən, Livan kimi ölkələrdə baş verən münaqişələrə görə də məsuliyyət daşıyır.
Dövlət katibi İranı Bəşər Əsəd rejimini dəstəkləməkdə və Suriyadakı xarici qüvvələrə silah, maliyyə yardımı etməkdə və hərbi treninq keçməkdə də günahlandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın bütün öhdəliklərini yerinə yetirməyə davam etməsindən asılı olmayaraq, İran nüvə sazişinin bir daha nəzərdən keçirilməsinə əmr verib.
Məsələ ilə bağlı açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Tillersonun bəyanatının verə biləcəyi nəticələrdən danışıb. “ABŞ ilk növbədə Şimali Koreyanı vuracaqdı. Lakin ABŞ həmin regionda özünə müttəfiqlər tapa bilmədi, Çin ABŞ-a Şimali Koreyanın vurulmasında lazımi dəstəyi vermədi. Əksinə, ABŞ qüvvələrinin geri çəkilməsini tələb etdi. ABŞ-ın planı alınmadıqda isə, İranı vurmağa çalışır. ABŞ-ın İranı vurması məsələsində müttəfiqləri çox olacaq. Fars körfəzi regionunun ərəb ölkələrindən ikisi istisna olmaqla hamısı, xüsusilə də İsrail, Səudiyyə Ərəbistanı, Qətər ABŞ-ı dəstəkləyəcək. Onlar öz hərbi bazalarını ABŞ-ı sərəncamına verəcək. Yeri gəlsə həmin dövlətlər özləri də bu prosesdə iştirak edəcək. Bir neçə gün öncə ABŞ dövlət katibi və prezidenti Şimali Koreyadakı ABŞ hərbi bazasına baş çəkərək, ABŞ-ın strateji dözümünün tükəndiyini bəyan edib. Çindən dəstək ala bilməyən ABŞ bu dəfə Tillersonun bəyanatı ilə öz sözünü dedi. Yaxın zamanlarda ABŞ-ın İrana qarşı hərbi aktivliyinin artacağı gözlənilir".
Emtv.az