SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

TRAMPIN SURİYA HESABLARI – Putinin cavab tədbiri olacaqmı?

11-04-2017, 11:55 | Oxunub: 8 827 |

TRAMPIN SURİYA HESABLARI – Putinin cavab tədbiri olacaqmı?
Yəqin ki, Donlad Tramp, Ağ Evə köçməsindən sonra ilk dəfədir ki, uduşlu gediş edə bilib. Əlbəttə, əgər Amerika tərəfindən Suriya aviabazasına vurulan raket zərbələrindən sonra Rusiya, İran və ya “Hezbolla” hansısa cavab tədbirləri görməzlərsə.

ABŞ-da cərəyan edən daxili siyasi planda artıq bunu uğur saymaq olar. Tramp, özünün sələfi Barak Obamadan tamamilə fərqli davranaraq, onun 2013-cü ilin yayında etmək istəmədiyini etdi.

Obamanın özü Bəşər Əsəd rejimi qarşısında qırmızı xətt çəkmişdi. Hər necə olsa da, 21 avqust 2013-cü ildəki zəhərli qaz hücumu nəticəsində 1400 dinc sakin öldürüldükdən sonra Ağ Ev, hətta rəmzi zərbələrdən də imtina etmişdi. Səbəb isə nüvə proqramı üzrə danışıqların aparılması istiqamətində İranın narazı salınmamasıydı. O zaman Barak Obama məsuliyyəti Rusiyanın üzərinə qoydu. Rusiya, Suriya hakimiyyətinin əlindəki kimyəvi silah ehtiyatının məhv edilməsi öhdəliyini öz üzərinə götürmüşdü.

- Tramp hərəkətə keçməyə qərar verib
2013-cü ildə ABŞ prezidenti öz xəbərdarlığının yalnız sözlərdən ibarət olmasını və bundan sonra Amerikanın Yaxın Şərqdə və ya hər hansı bir yerdəsə jandarm rolu oynamayacağını bütün dünyaya göstərməklə, böyük səhvə yol verib. Elə bunun nəticəsində də Rusiya Ukrayna və Suriyada açılmış boşluqdan istifadə etdi. İran və “Hezbolla” isə kütləvi qüvvə ilə Bəşər Əsədin dəstəklənməsinə başladılar.

Trampın Əsəd ordusuna zərbə vurması, onu Moskva avtokratına yaxınlıqda ittiham edənlərə qarşı müəyyən mənada cavabdır. Trampın seçki qərargahının Rusiya ilə əlaqələri barəsində konqresin apardığı təhqiqat, ABŞ dövlət başçısının gələcəyi üçün təhlükə sayılmalıdır. Suriyadakı bazaların dağıdılmasından sonra Tramp ona qarşı tənqidi mövqedə dayanan nüfuzlu respublikaçı senatorlar Con Makkeyn və Linsi Qrem tərəfindən dəstək görüb.

- Daxili izolyasionizm
Nəhayət, Donald Tramp özü barəsində beynəlxalq arenada söz söyləmiş oldu. O, istənilən böyük dövlətin mühüm tərəfinin nədən ibarət olduğunu nümayiş etdirdi. Tramp göstərdi ki, onun seçki kampaniyası zamanı irəli sürdüyü izolyasionizm doktrinası yalnız sözdən ibarədir. Bunun ilk sübutu – hərbi büdcənin 54 milyard dollar artırılmasıdır. Hal-hazırda Suriyada oynanılan oyun ABŞ üçün heç də sadə sayılmamalıdır. Vaşinqton heç də Suriyanın “Su-22” təyyarəsindən atılan “zarin” kimyəvi bombasının Suriya, Rusiya və İran tərəfindən göndərilmiş siqnal olduğuna şübhə etmir. Onların bundan xəbərsiz olmaları inandırıcı deyil. Bombanı atan təyyarənin yerləşdiyi bazada Rusiya hərbi hissəsi var.

TRAMPIN SURİYA HESABLARI – Putinin cavab tədbiri olacaqmı?
Tramp administrasiyası münaqişədəki iştirakını təsdiq etməlidir. Ona görə də, Suriya bazasına vurulan zərbələr, kimyəvi silah istifadə olunması sərhədlərindən də uzağa gedir. ABŞ Suriyanın taleyi və münaqişənin həlli məsələsindəki itirilmiş təsirini geri qaytarmağa çalışır. Rakkaya hücumum hazırlanmasına dəstək kimi quru qoşunu ilə yanaşı zirehli texnika və artilleriyanın göndərilməsi olduqca mühümdür. Ağ Evin planı İŞİD-in Suriyadakı paytaxtı Rakkaya hücumu koordinasiya etməkdən ibarətdir. Moskva, Tehran və Dəməşqin buna qarşı prinsipial etirazları yoxdur, ancaq onları Amerikanın uğurunun sonrakı nəticələri bərk narahat edir. Həm də ki, Tramp administrasiyası Suriyadan İran və “Hezbolla”nın çıxarılması niyyətini qətiyyən gizlətmir.

ABŞ dövlət katibi Reks Tillerson hətta Moskvanın ünvanına qarşı tənqidlə çıxış edərək deyib: ”Əgər Suriya öz kimyəvi silah arsenalını məhv etməyibsə, onda Rusiya onu öz öhdəliyini yerinə yetirməyə məcbur edə bilməz. Rusiya ya vasitəçi olub, ya da ki, səriştəsizlik göstərib”.

İndi Vladimir Putinin cavab vermək qərarına gəlib-gəlməyəcəyi sual altındadır. Moskva, 17 mart tarixində İsrailin digər bir Suriya hərbi bazasına endirdiyi zərbəyə reaksiya verməmişdi.

Çox güman ki, son günlər iki ölkənin hərbi qərargahları arasında yaradılan çoxsaylı əlaqələrdən sonra ABŞ və Rusiya, Amerikan zərbələrinin miqyası barəsində razılığa gəliblər. Yaxınlıqdakı əsgərlərin zərbə altına düşməməsi üçün, atəş barəsində Moskva öncədən xəbərdar edilib.

Nəhayət, Vladimir Putin yəqin ki, seçilməsini aktiv şəkildə alqışladığı yeni ABŞ prezidenti ilə münaqişəyə girməyi qətiyyən arzulamır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR