17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İranlı nazir ABŞ-a "dərs keçdi"
Avropa Birliyinin hazırladığı maliyyə mexanizminin mərkəzində neft ticarəti var. İranın neft gəlirləri mexanizmə daxil edilməsə, ortalıqda işlənəcək pul qalmayacaq.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar haqqında danışıb.
Nazir "Avropa Birliyinin hazırladığı ödəmə mexanizmi neft ticarətini əhatə etməyəcək" iddialarının əsassız olduğunu deyib: "Qərb mediasında yayılan xəbərlər yalandır. Bu cür xəbərlər xalqın ümidini qırmaq məqsədi daşıyır".
ABŞ-ın dövlət katibi Mayk Pompeonun "İran orta mənzilli nüvə sınağı keçirib və bu yolla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozub" iddialarından bəhs edən Zərif həmin raketlərin nüvə üçün olmadığını deyib.
İranlı nazir "ABŞ dövlət katibinin açıqlamaları əvvəlki kimi yenə səhvdir. Onlar 2231 saylı qərarı yenidən oxumalıdırlar", - deyə qeyd edib.
Seymur Rəhimov,
Emtv.az