SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İrandan ABŞ-a ittiham: “Ölkədə hakimiyyəti deviriblər”

20-08-2018, 17:57 | Oxunub: 10 365 |

İrandan ABŞ-a ittiham: “Ölkədə hakimiyyəti deviriblər”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı ölkədə dövlət çevrilişi etməkdə ittiham edib.

Emtv.az xəbər verir ki, Zərif Tvitter səhifəsində ABŞ Dövlət Departamentində İrana sanksiyaların tətbiqinə nəzarət edəcək xüsusi işçi qrupun yaradılmasını İranda dövlət çevrilişinə hazırlıq məqsədi daşıması kimi dəyərləndirib.

“ABŞ hələ 65 il bundan öncə İranda demokratik yolla xalq tərəfindən seçilən Müsəddiqin hakimiyyətini devirməklə, ölkədə diktaturanı bərpa etməklə xalqı daha 25 il bu diktatura rejimində yaşamağa vadar etdilər. Dövlət Departamentinin işçi qrup yaratmaq təşəbbüsü də həmin məqsədə xidmət edir. Dezinformasiya, demaqogiya və təzyiq yolu ilə buna etməyə çalışırlar. Lakin onların bu cəhdləri alınmayacaq” -nazir Tvitter səhifəsində yazıb.

Avqustun 16-də Dövlət Departamenti İran siyasəti ilə bağlı fəaliyyətini koordinasiya etmək üçün xüsusi işçi qrup yaratdığını elan edib və həmin qrupa ABŞ prezidentinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Brain Hook təyin edilib.

B. Hook açıqlamasında deyib ki, işçi qrupun formalaşmasının elan olunmasının 16 avqust 1953-cü ildə ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində islahatçı baş nazir Məhəmməd Müsəddiqin devrilməsinin ildönümü ilə üst-üstə düşməsi sırf təsadüfdür.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR