SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İranın xarici işlər naziri ABŞ-ı nüvə sazişini pozmaqda ittiham edib

5-08-2017, 12:03 | Oxunub: 11 036 |

İranın xarici işlər naziri ABŞ-ı nüvə sazişini pozmaqda ittiham edib
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün paytaxt Tehranda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə ABŞ-ın yeni sanksiyaları fonunda İranın nüvə sazişinin şərtlərinin yerinə yetirilməsini müzakirə edib.
Bu barədə “MehrNews” xəbər verir.[/i]

İranlı diplomat söhbət zamanı Vaşinqtonu İslam Respublikası və “altılıq” (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) arasında qəbul olunmuş hər şeyi əhatə edən fəaliyyət planını pozmaqda ittiham edib.

Agentlik qeyd edir ki, İran xarici siyasət idarəsinin rəhbəri “ABŞ tərəfindən fəaliyyət planının həyata keçirilməsi yolunda yaradılan maneələrə işarə edib”: “ABŞ-dakı yeni administrasiya İslam Respublikasına fəaliyyət planının üstünlüklərindən istifadə etməyə mane olmağa səy göstərir, bu isə nüvə sazişinin kobud şəkildə pozulmasıdır.”

[i]Zərif, bundan əlavə, ABŞ və üç Avropa İttifaqı dövlətinin (Fransa, Almaniya və Böyük Britaniya) iyulun sonunda İran tərəfindən “Simurq” raket-daşıyıcının buraxılmasına dair verilən birgə bəyanatı da pisləyib. Qeyd edək ki, həmin bəyanatda rəsmi Tehranın bu addımının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə ziddiyyət təşkil etdiyi iddia olunub.[/i]

Zərifin fikrincə, oxşar ittihamlar “doğru olmayan istiqamətdə atılan addımdır”.

Mogerini isə öz növbəsində bildirib ki, “Avropa İttifaqı nüvə sazişini qəti şəkildə dəstəkləyir”“bu, bütün Avropa dövlətlərinin ümumi mövqeyidir”.

Xanım Mogerini hesab edir ki, sözügedən sazişin bütün iştirakçıları, o cümlədən ABŞ “müdrik və proporsional tədbirlər” görməlidir: “Biz ABŞ-ın bu sazişin bir hissəsi olaraq qalmasına səy göstəririk.”

[i]Bildirək ki, F.Mogerini Tehrana ikinci müddətə İran prezidenti seçilən Həsən Ruhaninin bu gün Məclis (parlament) binasında keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün gedib.[/i]

Təntənəli mərasimdə Avropanın diplomatiya rəhbərindən başqa, 92 xarici dövlətdən, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyadan qonaqlar iştirak edəcəklər.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR