18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanlı idmançılardan uğurlu nəticə
Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə yarış keçirilib.
Emtv.az xəbər verir ki, yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar.
Şəxsi və komanda yarışında idmançılarımız uğurlu nəticə əldə ediblər.
Belə ki, çempionatda ən uğurlu nəticəni 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Sadiqov qazanıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Rəşad Həsənov (66 kiloqram) isə finala kimi yüksəlsə də, həlledici qarşılaşmada məğlub olaraq yarışı ikinci pillədə başa vurub. Mahir Babayev (70 kiloqram), Cavanşir Yaqubov və Sadiq Qasımov (97 kiloqram) isə yarışın bürünc medalını qazanıblar.
Ölkənin bir çox komandasının mübarizə apardığı yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası ümumi hesabda yarışın ikincisi olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və medal, komandaya isə kubok təqdim edilib.
Seymur Rəhimli
Emtv.az
Paylaş.