18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında 1 qızıl olmaqla 5 medal qazanıblar
Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa çempionatında ölkəmizin gənc cüdoçuları uğurla yarışıblar.
EMTV.az mediya xəbər verir ki, çempionatda qalib adı uğrunda 42 ölkədən 430 yeniyetmə cüdoçu mübarizə aparıb. Ölkəmizi həmin birincilikdə 16 idmançı - oğlanlar arasında 10, qızlar arasında 6 cüdoçu təmsil edib. Azərbaycan idmançıları yarışda uğurla çıxış edərək 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Vüsalə Kərimova 40 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək finalda ukraynalı Anastasiya Balabanı məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Oğlanların yarışında 55 kiloqram çəki dərəcəsində Ayxan Tanrıverdiyev, 60 kiloqram çəki dərəcəsində Vüsal İbrahimoiv, 66 kiloqram çəki dərəcəsində Knyaz Mahmudlu yalnızı final görüşündə uduzaraq gümüş medala sahib olublar. Həmyerlimiz Davud Abbaslı isə 60 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb.
Onu da qeyd edək ki, qalib idmançılardan 3-ü "Jido Club-2012"-ni təmsil edir.