18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanlı karateçilər çempionatlarda üç qızıl medal qazanıblar
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində karate idman növü üzrə keçirilən “Sambo-70” adlı açıq çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançısı Rəşid Süleymanov da iştirak edib.
Emtv.az xəbər verir ki, Rəşid Süleymanov 10-11 yaşlı idmançılar arasında mübarizə aparıb. 40 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız keçirdiyi bütün görüşlərdə qalib gələrək çempionatın qızıl medalını qazanıb.
Muxtar respublikanın Karate-do Federasiyasının digər yetirmələri Bakı şəhərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Şitoryu Karate-do Federasiyasının XIV respublika çempionatında da uğurla çıxış ediblər. Birincilikdə iki naxçıvanlı idmançı – Sərcan Məmmədov və Aslan İsmayılov mübarizəyə qoşulublar. 55 kiloqram çəki dərəcəsində Sərcan Məmmədov (16-17 yaşlılar) və 70 kiloqram çəki dərəcəsində Aslan İsmayılov (14-15 yaşlılar) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Sonda hər iki turnirin qalibi olan idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.
Emtv.az