SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bu dəfə Putin oyuna girir...

30-11-2018, 18:07 | Oxunub: 12 248 |

Bu dəfə Putin oyuna girir...

ABŞ prezidenti Donald Trampın Səudiyyə kralı əlbir olub neftin qiymətini kəskin aşağı salmasından sonra oyuna Rusiya prezidenti Vladimir Putin daxil olur.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Argentinada bu gün işə başlayan G20 sammiti çərçivəsində Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi , müxalif jurnalist Camal Xaşoginin öldürülməsinə görə hədəfdə olan Məhəmməd bin Salmanla görüşündə hasilatın artırılması barədə razılıq əldə edəcək. Bu razılaşmanın dekabrın əvvəllərində Vyanada keçiriləcək OPEC+ toplantısında rəsmiləşdiriləcəyi gözlənilir.

Bu xəbərlərdən sonra dünya bazarlarında bareli təxminən 58 dollara qədər ucuzlaşan “Brent” nefti yenidən bir qədər bahalaşıb, amma 60 dolları keçə bilməyib. Oktyabrın əvvəllərindən isə “Brent” markalı neft 30 faizə qədər ucuzlaşıb. Əgər hasilatın artırılması barədə Putin-Salman anlaşması rəsmiləşərsə analitiklər qiymətin yenidən 70 dollara qədər arta biləcəyini təxmin edir.

“Reuters” xəbər verir ki, Moskva Vyana toplantısı ərəfəsində OPEC ölkələri ilə hasilatın azaldılmasına dair yeni anlaşma barədə danışıqlar aparır. Əsas danışıqlar Səudiyyə Ərəbistanı il gedir, amma müddət və ixtisarın həcmi barədə məlumat yoxdur. Noyabrın 27-də isə Rusiyanın energetika naziri Aleksandr Novak neft şirkətlərinin bosslarını kabinetinə toplayıb və onlarla OPEC+ razılaşmasının gələcəyini müzakirə edib.

Bu razılaşma OPEC üzvü olan və olmayan neft ölkələrinin hasilatın həcmini gündə 1.5 milyon barrel azaltmasını nəzərdə tuturdu. Həmin razılaşma sayəsində bir vaxtlar 50 dollardan da aşağı enən neft yenidən bahalaşdı və bir neçə ay əvvələ qədər 80 dollardan da baha satılırdı. Anlaşmanın əldə edilməsində Putinin həlledici rolu vardı, çünki Rusiya prezidenti Səudiyyə Ərəbistanı kralını öz tərəfinə çəkməyə nail olmuşdu.

Neftin bahalaşması sayəsində Rusiya iqtisadiyyatı az da olsa dirçəldi, rublun dəyərdən düşməsi prosesi qismən dayandı. Amma indi Tramp Tvitter-də lovğalanır ki, o, ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı ilə neft hasilatının artırılması üçün anlaşdı və nəticədə qiymətlər kəskin aşağı düşdü. Belə vəziyyət isə günü-gündən sərtləşən sanksiyaların təsiri altında olan Rusiya iqtisadiyyatı üçün heç də arzuolunan deyil. Və əlbətdə ki, Putini ciddi narahat etməlidir. Nəticədə Putin Xaşoginin öldürülməsinə görə hakimiyyəti laxlayan vəliəhdlə anlaşır və dekabrın 6-da Vyanada hasilatın azaldılmasına dair yeni razılaşmanın əldə olunmasına çalışır.

Amma Tramp da sürprizləri xoşlayır. Məsələn o, G20 sammitində Putinlə görüşünü praktiki olaraq təyyarəyə oturarkən ləğv edib. Bu baxımdan məlum deyil ki, OPEC+ razılaşmasının gələcəyi ilə bağlı kralın özünün qərarı necə olacaq.

Hələlik isə neft treyderləri gözləmə mövqeyindədir və Argentinadan gələcək xəbərləri gözləyirlər. Nəticədə neftin qiyməti 60 dollardan bir qədər aşağıda nisbi sabitləşib. Əgər Putin-Salman görüşünün nəticəsi olaraq hasilatın azaldılması qərarı rəsmən açıqlanarsa gözlənilir ki, qiymətin artma tendensiyası başlayacaq.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR