SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Neftlə bağlı bədbin proqnoz: “Əvvəlki həddə, düşə bilər”

23-06-2018, 08:45 | Oxunub: 9 648 |

Neftlə bağlı bədbin proqnoz: “Əvvəlki həddə, düşə bilər”

“Hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barel üçün 60 dollarlıq həddə enə bilər.”

Emtv.az xəbər verir ki, bu buradə iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O, “OPEC+”un gündəlik hasilatı 1 milyon barel artırması ilə bağlı qərarının neftin qiymətinin kəskin azalmasına səbəb olmayacağını bildirib:
“Gözlənildiyi kimi OPEC+ gündəlik hasilatın 1 milyon barrel artırılması ilə bağlı qərar qəbul edib. Əslində, ABŞ Prezidentinin hasilatın artırılmasının vacibliyi haqqında 2 twitindən sonra OPEC-in və xüsusən də Səudiyyə Ərəbistanın bazara daha çox neft çıxarmağa müsbət yanaşağı proqnozlaşdırılan idi. Sözügedən qərarın açıqlandığı gün dünya bazarında neftin qiyməti 4 faizə yaxın yüksəldi. Əslində bu qiymət artımları heç də birbaşa hasilatın arıtırılması haqqında qərar ilə bağlı deyil. Belə ki, elə həmin gün elan edilən statistikaya əsasən ABŞ-da neft quyularının sayı 7 ədəd azalıb və bu da birbaşa qiymətə təsir göstərdi.

OPEC-in son qərarı neftin qiymətinə necə təsir göstərəcək?

Aydındır ki, hasilatın gündəlik 1 milyon barel artırılması heç də neftin qiymətlərinin qısa zamanda kəskin azalmasına səbəb olmayacaq. Belə ki, hasilatdakı artım qərarına baxmayaraq yenə də qlobal bazarda tələb üstünlüyü var. Digər tərəfdən, hasilatın artırılması ilə bağlı qərara baxmayaraq OPEC və bu quruma üzv olmayan amma qərarı dəstəkləyən dövlətlərin qısa zamanda hasilatı qeyd edilən səviyyəyə çatdırmaq imkanları yoxdur. Rusiya ən yaxşı halda yaxın 3 ayda hasilatı maksimum 300 min barrel artıra bilər. Bütövlükdə, OPEC+ hasilatın artırılması qərarına ən yaxşı halda yaxın yarım ildə nail ola biləcək. Bu isə o deməkdir ki, hələlik bazarda təklifin artıqlığı müşahidə edilməyəcək. Son qərar sadəcə neftin dünya bazar qiymətində kəskin artımların qarşısını almaq məqsədi daşıyır. Hələlik heç bir beynəlxalq qiymətləndirici şirkət neftin qiymətində kəksin azalma proqnozlaşdırmır. Bu isə o deməkdir ki, əgər hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barel üçün 60 dollarlıq həddə enə bilər. Bütövlükdə, OPEC və onunla anlaşan digər bir sıra neft ölkələrinin Ağ Evin tövsiyyəsinə uyğun olaraq hasilatı artırması neftin qiymətinin siyasiləşdiyindən də xəbər verir. Bu isə o deməkdir ki, neft bazarında hər zaman sürprizlər ola bilər”.

Emtm.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR