SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

NEFTİN QİYMƏTİNDƏ ŞOK DƏYİŞİKLİK OLA BİLƏR

2-12-2015, 13:01 | Oxunub: 8 766 |

NEFTİN QİYMƏTİNDƏ ŞOK DƏYİŞİKLİK OLA BİLƏR

Bu həftə ərzində neftlə bağlı qlobal miqyaslı iki önəmli qərar veriləcək. Bunlardan birincisi bu gün, dekabrın 2-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İranla bağlı məruzəsi, ikincisi isə dekabrın 4-də OPEC-in iclasında qəbul edilməsi gözlənilən qərarlardır.

"EMTV.az"-ın "Report"a istinadən verdiyi xəbərə görə, dekabrın 2-də IAEA-nın ekspertlərinin İranın nüvə proqramında mübahisəli məqamların həlli istiqamətində məruzəsinin dərc edilməsi gözlənilir.

Agentlik müsbət rəy verərsə, iki həftə sonra IAEA-nın Direktorlar Şurası qərarı təsdiqləyəcək. Beləliklə, İranın neft hasilatını artırması artıq bu ay reallaşa bilər. Bu qərarla isə dünya bazarında neftin qiymətində kəskin enmə müşahidə edilə bilər.

İranla bağlı müsbət qərarın veriləcəyi təqdirdə neft qiymətlərinin 40 dollar/bareldən aşağı enəcəyini proqnozlaşdırır. Qeyd edək ki, keçən həftə, noyabrın 29-da İran xarici investorlar üçün neft kontraktlarının yeni modelini təqdim edib. İranın neft naziri Bican Namdar Zəngani investorlara bildirib ki, ölkəsi 30 mlrd. dollar dəyərində 52 neft yatağını investorlar üçün açmaq fikrindədir.

Lakin, IAEA-nın verəcəyi hər hansı neqativ bəyanat neftin qiymətini 60 dollar/barelə qədər artıra bilər.

Dekabrın 4-də keçiriləcək OPEC iclasında neft hasilatı kvotasının azaldılması gözlənilmir. "Sosiete General" bankının Nyu-York filialının Neft araşdırmaları Departamentinin rəhbəri Mayk Uitner bildirib ki, Səudiyyə Ərəbistanının qərarı olmadan neft hasilatı kvotası azaldıla bilməz: "Belə bir qərarın qəbulu isə hazırda mümkün deyil".

M.Uitner ABŞ-da şist neft hasilatının həcminin də lazımi qədər azalmadığını vurğulayıb. Analitik bildirib ki, son həftə aktiv neft yataqlarının sayı daha 9 ədəd azalıb, son bir ildə isə onların sayı 1 572-dən 555-ə enib. Buna baxmayaraq, ABŞ-da neft hasilatı hələ də gündəlik 9 mln. bareldən artıqdır. Qeyd edək ki, 2012-ci ildə ABŞ-da neft hasilatı gündəlik 6,5 mln., 2013-cü ildə 7,44 mln., 2014-cü ildə 8,72 mln. barel olub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR