SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Məmurların100 dollarlıq neft arzusu ürəyində qalacaq: Qiymət 30 dollara düşə bilər

13-03-2017, 09:57 | Oxunub: 7 127 |

Məmurların100 dollarlıq neft arzusu ürəyində qalacaq: Qiymət 30 dollara düşə bilər
“OPEC-Rusiya sazişinin davam etməyəcəyi ilə bağlı gözləntilər artıb. OPEC-Rusiya ittifaqı bazara müdaxilədən əl çəksə, neftin 30 dollara düşməsinə şərait yarada bilər”.

Emtv.az-ın cebhe.info-ya istinadən məlumatına görə, bunu İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Rövşən Ağayev deyib.
O bildirib ki, Rusiya mediası neftin yenidən ucuzlaşmasının səbəbləri, neft hasilatının gündəlik təxminən 1.2 milyon barel azaldılması ilə bağlı OPEC-Rusiya sazişinin təsirlərinin qısamüddətli olmasının səbəbləri haqda geniş təhlillər yazır:

“Əsas gəldikləri qənaətlərdən biri budur ki, hələlik OPEC və Rusiyanın “slans inqilabı”na qarşı qoya biləcəyi strategiya yoxdur. Başqa bir qənaət odur ki, neftin 60 dolları ötməsi artıq ənənəvi neft hasilatçılarının marağına uyğun deyil. Çünki yüksək qiymət “slans hasilatı”na inanılmaz dərəcədə genişləndirəcək. Ona görə, yaxın illərdə qiymətləri heç olmazsa 50-60 dollar dəhlizində hərəkət etməsini OPEC və Rusiya üçün böyük uduş sayırlar. Digər yanaşma budur ki, OPEC-Rusiya ittifaqı bazara müdaxilədən əl çəksə, neftin 30 dollara düşməsinə şərait yarada bilər. Bu halda proqnoza görə, 2020-ci ilədək ABŞ-da gündəlik neft hasilatı 3 milyon barelədək azla bilər. Belə olacağı halda ABŞ iqtisadiyyatının yalnız bir sektoru böhranla üzləşəcək, OPEC-Rusiya cütlüyünün bütün iqtisadiyyatı kollaps olacaq və bunun çox ağır siyasi nəticələri qaçılmaz ola bilər. Artıq OPEC-Rusiya sazişinin davam etməyəcəyi ilə bağlı gözləntilər artıb”.

Ekspert onu da qeyd edib ki, bütün baş verənlərə baxmayaraq Azərbaycan məmurlarının qəlbindəki “100 dollarlıq” neft sevdası bitib-tükənmək bilmir:

“Hələ də hansısa nazirliklərin ləğvi, hansı post sahiblərinin yenilənməsi cəmiyyətə islahat kimi təqdim edilir. İslahat büdcə sistemindən başlanmalıdır – büdcənin hər qəpiyinin hesabını sormağa imkan verən proqram əsaslı və nəticəyə yönəlik büdcə mexanizmlərinin tətbiqinə imkan verən yeni büdcə qanunu qəbul edilməli, peşəkarlardan ibarət yeni qanunverici orqan formalaşdırılmalı, hakimiyyətin sərt mərkəzləşdirilməsindən imtina edib geniş səlahiyyətlərə və maliyyə muxtariyyətinə malik yerli seçkili idarəetmə sistemi yaradılmalı, ali ranqlı məmurların bütün biznes fəaliyyətini qadağan edən hüquqi mexanizmlər təcili işə salınmalı, bütün vəzifəli şəxslərin əmlak bəyannaməsini ictimaiyyətə təqdim edən mexanizmlər işə düşməli, kommunal sektorda dövlətə yük olan bütün şirkətlər konsessiya əsasında özəl sektorun idarəçiliyinə keçməli, enerji sektorunda şirkətlərin bazara açılımı və korporativ idarəetməyə keçidi baş verməli, hökumət iri aqroholdinqləri dəstəkləmək siyasətindən imtina edib bütün dəstəyi kiçik və orta fermerçiliyin inkişafına yönəltməli, kiçik və orta sahibkarların kreditlərinin sığortası sistemini vaxt itirmədən işə salmalı, gömrükdə fiskal maraqları arxa plana keçirməli və sahibkarların vergi yükünü əhəmiyyətli dərəcədə azaltmalı, invoys qiymətini kənara qoyub sahibkarlara “bazar qiyməti” adı altında istənilən qiymətləri tətbiq edərək xarici ticarət əməliyyatları üçün vergi yükün ağırlaşdırmaq təcrübəsindən əl çəkilməlidir”.

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR