18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Dollar bir həftəyə kəskin bahalaşa bilər
ABŞ-ın şist neft siysəti dünya üçün təhlükə yaradır.
Rusiya kütləvi informasiya vasitələrində ABŞ-ın yürütdüyü neft siyasəti nəticəsində bir həftəyə dolların bahalaşacağı, rublun dəyərdən düşəcəyi barədə xəbərlər yayılıb.
Rusiya KİV-i bildirir ki, ABŞ Federal Ehtiyatlar sisteminin mart iclasından da gözləntilər müsbət deyil.KİV xatırladır ki, hələ 3 il əvvəl Rusiya ABŞ-ın şist neft inqilabına açıq şəkildə məhəl qoymadı. Rusiyanın neft kralları amerikalı həmkarlarını rəqib kimi görmədilər. İstiPress-in məlumatına görə, həmin vaxt şist neftinin bir barrelinin maya dəyəri 100 dollar təşkil edirdi.
Amma amerikalılar öz texnologiyalarını inkişaf etdirdilər və indi şist neftinin hasilatının maya dəyəri 40 dollardan aşağı da sərfəlidir. ABŞ tam gücüylə çalışır ki, şist neftinin bazarda həcmini çoxaltsın və Rusiya rublunun dəyərdən düşməsinə nail olsun.
ABŞ ötən ilin sonunda OPEK ölkələri və digər hasilatçı dövlətlərin neft istehsalının azaldılması barədə razılığa gəlməsindən uğurla yararlanıb. Son aylarda Şimali Amerika qitəsində neft-qazmada fəallığın görünməmiş dərəcədə artımı qeydə alınıb ki, bu da öz istehsalını sutkada 600 min barrel artırmağa imkan verib.
ABŞ bu gün də dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi üçün əlindən gələni edir. Beynəlxalq enerji agentliyinin proqnozlarına görə, bu il ABŞ şirkətlərinin gündəlik neft hasilatı 9,21 mln. barrelə qədər artacaq, gələcəkdə isə 9,73 mln. səviyyəsinə çatacaq.
Bütün bu proseslər göstərir ki, Rusiya milli valyutası kəskin ucuzlaşacaq. Çünki gələn həftə ABŞ-da şist neftin hasilatında sıçrayış ola bilər. Çünki ABŞ-ın Federal Ehtiyatlar Sisteminin martın 14-15-də keçiriləcək iclasında uçot dərəcəsinin artırılacağı gözlənilir.
Emtv.az