18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Neft kəsgin ucuzlaşdı - Ekspertlər hasilatın azaldılmasını təklif edir
Neftin qiymətinin düşməsi bazarda yaranan şəraitlə bağlıdır. Hazırda bazarda kifayət qədər neft bolluğu və buna dəlalət edən sübutlar var.
Emtv.az xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətindəki kəskin ucuzlaşmanın səbəbləri haqda Axar.az-a danışarkən deyib.
Ekspert bunun öz əksini OPEK-in son hesabatlarında tapdığını da vurğulayıb: “Bunun nəticəsidir ki, cari ilin dördüncü rübü və 2019-cu ilin əvvəli üçün OPEK-in proqnozları bazar iştirakçılarının böyük təşvişinə səbəb olub. Çünki OPEK hesab edir ki, artıq 2019-cu ilin əvvəlində bazara təklif olunacaq 1,2-2 milyon barrel neft istehlak edilə biləcək həcmdən çox olacaq. Bazarda neft olduqca çoxdur”.
Ekspert dekabrın əvvəlində Vyanada keçiriləcək OPEK konfransında hasilatın azaldılması müzakirəsinin neft bazarının iştirakçıları üçün pozitiv siqnal ola biləcəyini də qeyd edib.
Qeyd edək ki, dünya birjalarında neft kəskin ucuzlaşmaqdadır. Hazırda "Brent" markalı neftin qiyməti 58,75 dollar/barrelə düşüb. Bu, son səkkiz ay ərzində müşahidə edilən ən böyük ucuzlaşmadır.
Sevinc Əlimova,
Emtv.az