18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Neftin ucuzlaşmasının arxasında Amerika dayanır...
İlham Şaban:“Əgər bazarda vəziyyət dəyişməsə neftin ucuzlaşması davam edəcək”[i][/i]
Neftin qiyməti bir neçə aydır 55 dollar ətrafında sabitləşsə də, yenidən sürətlə ucuzlaşmağa başlayıb. Birjalarda gələn son məlumatlara görə, Brent nefti kəskin ucuzlaşıb. Mayın 4-də Bakı vaxtı ilə saat 21:30-a Brent nefti 4,8% ucuzlaşma ilə 48,47 dollardan, ABŞ xam nefti isə 5% ucuzlaşma ilə 45,57 dollardan alıcı tapıb.
Qeyd edək ki, neft ABŞ-da hasilatın artması ilə əlaqədar olaraq ucuzlaşır. ABŞ-da artmaqda olan istehsal, OPEK ölkələri və digər bəzi istehsalçıların hasilatı azaltmalarının təsirlərini heçə endirir. Qeyd edək ki, Brent nefti bu ilin birinci rübündə 57 dollaradək bahalaşmışdı. Həmin qiymət ilə müqayisədə artıq neft təxminən 16% ucuzlaşıb.[i][/i]
Neftin bu cür kəskin ucuzlaşması iqtisadiyyatı neftdən asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda narahatlıqla izlənilir. Dünya bazarında neftin 55-56 dollar civarında satıldığı dövrdə Azərbaycanda manatın sabitliyi müəyyən qədər bərpa olunmuşdusa, hazırki tendensiya neqativ proqnozlar üzərində köklənib.
Dünya birjalarında yaşanan təlatümləri dəyərləndirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin ucuzlaşmasının səbəbi ABŞ-ın neft ehtiyatları ilə bağlı bu ölkənin enerji administrasiyasının açıqladığı həftəlik hesabatdır: “Bu hesabatdan öncə ekspertlər ABŞ-da neft ehtiyatlarının azalmasını gözləyirdilər. Bunun nəticəsində neftin qiyməti qalxacaq. 2,3 milyon neft ehtiyatlarının azalmasını gözləyirdilər. Ancaq mayın 3-də bəlli oldu ki, neft ehtiyatları cəmi 930 min barel azalıb. Bu informasiya birjalarda şok effekti yaratdı. Qısa müddət ərzində neftin qiyməti 46, 68 dollara kimi ucuzlaşdı. Bu gün səhər yenidən neftin qiyməti 48 dollar həddini keçdi. Digər bir səbəb isə ondan ibarətdir ki, biz hələ də mayın 25-də keçiriləcək OPEK-in növbəti toplantısı ilə bağlı bazar iştirakçılarına pozitiv siqnallar verilmir. Bu konfransın qəbul edəcəyi qərar və ondan sonrakı addımlar barədə bazarı qane edəcək proqnozlar yoxdur. Vəziyyət hələ dumanlıdır”.[i][/i]
İ.Şabanın sözlərinə görə, əgər bazarda vəziyyət dəyişməsə neftin ucuzlaşması davam edəcək: “May ayı başlayandan neft 50-55 dəhlizindən 45-50 dəhlizinə keçid edib. Əgər bazarda vəziyyət dəyişməsə neftin ucuzlaşması davam edəcək. Noyabr ayının sonunda OPEK-in qəbul etdiyi qərardan sonra neftin qiyməti 50 dollar həddini keçdi və sonrakı dövrlərdə müsbət dinamika nümayiş etdirdi. Bu ilin ötən 4 ayının yekunlarını nəzərə alsaq, OPEK ölkələri tərəfindən hasilat 1,2 milyon barel azaldılıb, 558 min barel isə qeyri-OPEK ölkələri tərəfindən azaldılıb. 4 aydan sonra OPEK açıqladı ki, artıq bu həyata keçirilib. Bunun nəticəsi olaraq, Brent markalı neftin orta qiyməti 53 dollardan yüksək oldu. Bu o deməkdir ki, biz 4 ayı başa vursaq da, hazırki nəticə 2017-ci il üçün verilən 52 dollarlıq proqnozu üstələyir. Yəni OPEK-in addımı düzgün addım idi ki, il başlayandan sonra qiymətlərin kifayət qədər artmasına gətirib çıxartdı. Nəzərə alsaq ki, ötən ilin noyabrında neftin qiyməti 43 dollar idi, deməli 23 faiz artım qeydə alınıb. Bazara müsbət dinamika vermək, tənzimləmək, bazarı qızdırmaq və ədalətli qiymət səviyyəsində saxlamaq üçün növbəti addımlar yetərli olmalıdır. ABŞ hazırda hasilatı artırır. Bunun qarşılığında OPEK ölkələri ona uyğun olaraq hasilatı azaltmalıdırlar ki, cari il üçün neftin orta qiyməti 50 dollardan aşağı düşməsin. Əgər belə olarsa, bu il neftin orta qiyməti 50 dollardan aşağı enməyəcək. Əks halda ucuzlaşma baş verəcək”.[i][/i
Bu prosesin manatın məzənnəsinə təsirinə gəlincə, İ.Şaban vurğuladı ki, Azərbaycanda valyuta bazarı digər bazarlardan fərqli olduğundan bu təsir birbaşa hiss olunmur: “Rusiyada bu dinamika daha çox hiss olundu, biz rublun kəskin ucuzlaşdığını müşahidə etdik. Ancaq Azərbaycanda bazar dünya bazarı ilə həmahəng səslənmir. Bizdə lokal bazardır. Həmçinin bu bazara milyardlarla manat vəsait inyeksiya edilir. Məhz bunun nəticəsində manat bir neçə ay sabitliyini qoruyub saxlayır. Əks halda manatın möhkəmlənməsi üçün iqtisadiyyatda heç bir başqa dayaq nöqtəsi yoxdur. Mərkəzi Bankın açıqladığı son hesabat da onu göstərir ki, Neft Fondundan milyardlarla vəsait alınıb və manatın möhkəmlənməsinə yönəldilib. Bizim neft satışından gələn valyutanın azalması Neft Fondundan Mərkəzi Banka transferlərin həcminin azalmasına səbəb ola bilər. Bu isə manatın stabilləşməsi üçün lazım olan vəsaitlərin bazara vaxtında daxil ola bilməməsinə gətirib çıxarar və manatın məzənnəsinə də təsirsiz ötüşməz”.[i][/i]
Emtv.az