18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NEFTİN QİYMƏTİ 50 DOLLAR OLACAQ
“İlin sonlarında neftin qiyməti 50 dollara qalxacaq”.
"EMTV.az" xəbər verir ki, bu proqnozu BP-nin Baş İcraçı direktoru Robert Dadli deyib. O, bildirb ki, bu ilin ortalarında 30-40 dollaraq qalxan neftin qiyməti, ilin sonlarına doğru 50 dollar olacaq.
Hal-hazırda neftin qiymətinin ucuzlaşmasında ABŞ və Çinin böyük təsiri olduğunu vurğulayan direktor aprel və mart aylarında neftə olan tələbatın artacağını, bununda ilin ikinci yarısında neftin qiymətinə öz müsbət təsirini göstərəcəyini bildirib.
Ötən ilin sonu neftin qiyməti haqqında ürək açan proqnozlardan birini Rusiyanın energetika naziri Aleksandr Novak verib.
Onun sözlərinə görə, gələn il “qara qızıl”ın qiymətində kəskin ucuzlaşma gözlənilmir. Baxmayaraq ki, hal-hazırda neftin qiyməti 27 dollara qədər enib o, bir barel neftin 20-25 dollara satılması qeyri-mümkün olduğunu bildirib.
O, həmçinin bazarda tələb-təklifin nəzərdən keçirilməsini və neft hasilatının maya dəyərini nəzərə almaqla bir barel neftin 50 dollara satılmasının ədalətli olacağını deyib.
Hazırda bazarlarda “Brent” markalı neftin qiyməti 27.81 dolara qədər enib.
“Texas” neftinin “Brent” qarşısındakı üstünlüyü davam edərək, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 28.19 dollar olub.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1.09 dollar daha ucuzlaşaraq, 28.92 dollar təşkil edib.