SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

YENI NEFT TƏLATÜMÜ BAŞLAYIR? – ABŞ-dan qiymətlərə öldürücü zərbə

5-05-2017, 10:35 | Oxunub: 7 709 |

YENI NEFT TƏLATÜMÜ BAŞLAYIR? –  ABŞ-dan qiymətlərə öldürücü zərbə
Dünya bazarlarında neftin qiyməti bir neçə ay ərzində əsasən sabit qalandan sonra yenidən sürətlə aşağı enməyə başlayıb. Son birja məlumatlarına görə “Brent” markalı neftin qiyməti ötən ilin noyabrından bəri llk dəfə 47 dollara qədər ucuzlaşıb, daha sonra qiymətdə nisbi artım qeydə alınıb və hazırda bu markadan neft London birjasında 48 dollardan bir qədər baha satılır.

Neftin kəskin dəyərdən düşməsi nəticəsində iqtisadiyyatı böhran həddinə çatan ölkələr növbəti ucuzlaşma tendensiyasını həyacanla izləyirlər və bu tendensiyanın nə qədər davam edəcəyinə dair təxminlər müxtəlifdir. Nüfuzlu analitiklər neftin kəskin ucuzlaşacağını hələ ötən həftədən elan etmişdilər. Çünki bütün amillər buna dəlalət edirdi: ABŞ-da neft hasilatı durmadan artır, bu ölkənin kommersiya neft ehtiyatlarında azalma gözlənildiyindən qat-qat aşağıdır.

“Bernstein” investisiya fondundan analitik Nil Beveric “Reuters”ə bildirib ki, OPEC-in hasilatın azaldılmasına dair strategiyası özünü doğrultmadı. “Aydındır ki, kartel hasilatın azaldılmasına dair razılaşmanı ən azı ilin sonuna qədər uzatmalıdır ki, sövdələşmənin uğurlu olmasını təmin edə bilsin”-o deyir. Digər analitiklər də bu mövqeni bölüşür, onların fikrincə OPEC və ora daxil olmayan ölkələrin mayın 25-nə nəzərdə tutulmuş toplantısı ərəfəsində baş verən kəskin ucuzlaşma sövdələşmənin müddətinin artırılmasına məcbur edəcək. Lakin neft hasilatının azaldılmasına dair səylər yetərli deyil.

“Rivkin Securities”dən analitik Ceymi Vuds isə deyir ki, hasilatın daha çox ixtisar edilməsi şansı yoxdur. OPEC qərargahındakı mənbələr də bunu təsdiqləyir. Onların bildirdiyinə görə, sövdələşmə iştirakçıları yəqin ki, yanvarda əldə edilmiş razılaşmanın müddətini uzadacaqlar, ancaq hasilatın bundan artıq azaldılması mümkün deyil və heç kim bu haqda danışmaq belə istəməzdi.

YENI NEFT TƏLATÜMÜ BAŞLAYIR? –  ABŞ-dan qiymətlərə öldürücü zərbə
Neftin ucuzlaşmasına digər amillərin təsirini də nəzərə almaqla analitiklər bu məsələdə ABŞ-ın həlledici rolunu qeyd edirlər. Çünki ötən ilin ortalarından bəri, yəni neftin qiymətinin dirçəlməyə başlamasından etibarən ABŞ-da hasilat 10 faizə qədər artıb. Hazırda Birləşmiş Ştatlarda sutkada 9.3 milyon barrel neft hasil olunur ki, bu göstərici Rusiya və Səudiyyə Ərəbistanı kimi iri neft ölkələrindəki sutkalıq hasilatdan çoxdur.

Digər tərəfdən bu həftə ABŞ-ın Energetika Nazirliyi ölkənin kommersiya neft ehtiyatlarının cəmi 0.9 milyon barrel azaldığını açıqlayıb. Analitiklər isə azalmanın 2.4 milyon barrel olacağını gözləyirdilər. Habelə ötən həftənin nəticələrinə əsasən ABŞ-da işləyən neft buruqlarının sayı və nəticədə hasilat artmaqda davam edib. Ötən həftə hasilatda 0.3 faiz artım qeydə alınıb.

Neftin ucuzlaşmasının təsiri ilə dünya birjalarında indekslərin aşağı düşməsi prosesi başlayıb. Hərçənd bu ucuzlaşma hələlik cüzidir. Bu gün səhərdən etibarən Asiya birjalarında da indekslərin aşağı düşməsi qeydə alınıb.
YENI NEFT TƏLATÜMÜ BAŞLAYIR? –  ABŞ-dan qiymətlərə öldürücü zərbə
Rusiya da da neftin ucuzlaşmasını narahatlıqla izləyirlər. “Vesti.Ekonomika” bildirir ki, neftin cəmi bir neçə saat ərzində 7 faiz ucuzlaşması Rusiya büdcəsinə ciddi problem yaradacaq. Hələ aprel ayında federal büdcə neftin satışından əlavə 18.5 milyard rubl gəlir əldə edib ki, bu da proqnozlaşdırılandan 3 dəfə aşağıdır. Çünki apreldə Rusiyadan neft-qaz ixracı proqnozlardan xeyli aşağı olub. Habelə rubl möhkəmlənib və nəticədə neftin satışından rubl ekvivalenti ilə daxil olan gəlirlər gözlənilən səviyyədə olmayıb. İndi neftin ucuzlaşmasının təsiri ilə rublun da dollarla müqayisədə ucuzlaşması gözlənilir. Ümumiyyətlə, neftin kəskin ucuzlaşmasından sonra əksər milli valyutalar dollarla müqayisədə dəyər itirib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda da manat fevraldan bəri xeyli möhkəmlənib və analitiklərə görə bu, əsasən dövriyyədən manat kütləsinin azaldılması hesabına baş verib. Hökumət müəyyən qədər inzibati tədbirlərin də köməyi ilə neftin qiymətinin 50 dollardan yuxarı olduğu dövrdə makroiqtisadi sabitliyi təmin etməyə çalışırdı. İndi neftin yenidən 50 dollar psixoloji həddinin altına enməsi və gələcəyə yönələn proqnozların optimist olmaması bu səyləri çətinləşdirə bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR