18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Gözlənilən açıqlama: Jurnalist Camal Qaşıqçı şahzadənin əmri ilə öldürülüb
“Washington Post” qəzeti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Camal Qaşıqçının öldürülməsi əmrinin Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın verdiyi nəticəsinə gəldiyini yazıb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) vəliəhd şahzadənin qardaşı Səudiyyə Ərəbistaının ABŞ-dakı səfiri Xalid bin Salmanın Qaşıqçı ilə telefonla danışdığını açıqlayıb.
İddialara görə, ABŞ kəşfiyyatının telefon dinləmələrində Xalid bin Salmanın Qaşıqçıya İstanbuldakı Baş konsulluğa gedib, sənədlərini almasını deyib. Rəsmilər Xalid bin Salmanın cinayətdən xəbərdar olub-olmadığını bilmədiklərini, lakin bu danışığın Məhəmməd bin Salmanın təlimatı ilə olduğunu bildiriblər.
Məsələ ilə bağlı açıqlama verən Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyinin sözçüsü Fatimə Baeşən Xalid bin Salmanın Qaşıqçının konsulluğa getməsi ilə bağlı hər hansı danışığın olmadığını, MKİ-nin qənaətinin yanlış olduğunu söyləyib.
MKİ analitikləri Qaşıqçı skandalına baxmayaraq, Məhəmməd bin Salmanın taxtını itirmək təhlükəsinin olmadığına inandıqlarını açıqlayıblar.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: