18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyədə öldürüldüyü deyilən səudiyyəli jurnalist əslində həm də kəşfiyyatçı olub
Onun şahzadə Məhəmməd ibn Salmanın qəzəbinə tuş gəldiyi deyilir. Xəbər verildiyi kimi, səudiyyəli jurnalist, “Vaşinqton post” qəzetinin müxbiri Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Artıq bir çox qaynaqlardan C.Qaşıqçının Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik qrup tərəfindən öldürüldüyü xəbərləri gəlir. Əgər deyilən informasiya doğrulansa, bu, Ər-Riyadla Ankara arasında onsuz da sadə olmayan münasibətləri daha mürəkkəbləşdirəcək, üstəlik, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın imicinə ağır zərbə endiriləcək.
Emtv.az yerli Kİv-ə istinadən xəbər verir ki, Camal Qaşıqçının həyatı ilə bağlı maraqlı məlumatları təqdim edir.
Camal Qaşıqçı 1958-ci lin oktyabrın 13-də Səudiyyə Ərabistanının türk kökənli və olduqca nüfuzlu bir ailəsində dünyaya gəlib. Onun əmisi Səudiyyə Ərəbistanının birinci kralının şəxsi həkimi olub. 1999-2003-cü illər ərzinə C.Qaşıqçı ingilisdilli “Arab News” qəzetinin baş redaktorunun müavini olub. Bundan başqa, o, “Əl Vətən” qəzetinə də rəhbərlik edib. Qaşıqçı Səudiyyə Ərabistanının ABŞ-dakı səfiri, şahzadə Türki Əl Faysalın da müşaviri olub. Faysal tam 25 il Səudiyyə Ərəbistanı kəşfiyyatına rəhbərlik etmiş adamdır.
Mətbuatın yazdığına görə, Camal Qaşıqçı 1990-cı illərdə Səudiyyə Ərəbistanının mediasının Əfqanıstan, Sudan, Əlcəzair və Küveytdə müxbiri olmaqla yanaşı kəşfiyyatçılıq funksiyalarını yerinə yetirirmiş. 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktına qədər o bir neçə dəfə Usama ben Ladendən müsahibə də götürüb.
2010-cu ildə o, Səudiyyə şahzadəsi, milyarder Əl Valid ibn Tələlin pulları ilə “Əl Ərəb” kanalını açır. Lakin Bəhreyndə yerləşən kanal yerli hakimiyyətin təzyiqi ilə cəmi bir neçə saat fəaliyyət göstərir.
Xatırladaq ki, əl Valid ibn Tələlin özü də keçən il kütləvi şəkildə həbs edilən Səudiyyə şahzadələrinin arasında olub.
Məhəmməd ibn Salmanın nüfuznu yüksəlməyə başlayan andan Qaşıqçı ilə ulduzu barışmayıb. Qaşıqçı gənc şahzadənin sərt tənqidçilərindən birinə çevrilib.
“O qorxurdu ki, vəliəhd özünün qumların içində yeni parıltılı şəhərlər tikilməsi kimi şöhrətpərəst layihələri ilə ölkəni iflasa aparacaq”, - jurnalistlə uzun illər boyu dostluq etmiş, “The Middle East Eye” qəzetinin baş redaktoru Devid Hörts bildirib.
2016-cı ilin noyabrından başlayaraq jurnalist Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi bütün mətbuat tərəfindən “persona non qrata” elan edilir. Ona hətta Qərb mediasında məqalə dərc etmək, siyasi və media seminarlarda iştirak etmək qadağan olunur. Yeri gəlmişkən, Qaşıqçı Donald Trampın Yaxın Şərq siyasətinin də sərt tənqidçilərindən biri hesab olunurdu. Onun ABŞ prezidentinə qarşı mövqeyi Ağ Evin yeni sahibinə çıxış əldə etmək istəyən Ər-Riyad rəhbərliyini xeyli qəzəbləndirmişdi.
Lakin Qaçıqçının ölümündə başqa səbəblərin də ola biləcəyi söylənilir. Bu səbəblərdən biri də onun 2017-ci ilə qədər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi olan, daxili işlər naziri Məhəmməd ibn Naif Əl Səud ilə yaxınlığı ola bilər. Salman ibn Fəth öz oğlunu vəliəhd şahzadə elan etdikdən sonra Məhəmməd ibn Naif öz vəzifəsindən istefa verib. Bundan sonra isə Qaşıqçı ölkəni tərk etmək məcburiyyətində qalıb.
Camal Qaşıqıçını Səudiyyə Ərəbistanını 2017-ci iln martında tərk etdyi deyilir. O, “The Washington Post” köşəsində Ər Riyadın yeni rəhbərliyini tənqid etməyə, Məhəmməd ibn Salmanın iqtidarını “ölkə üçün “qorxulu və ictimai rəzalət” belə adlandırıb..
İndi Qaşıqçının ölümü təsdiq olunsa, bu, Məhəmməd ibn Salmanın Qərbdə yaratmaq istədiyi “islahatçı” imicini kökündən sarsıdacaq.
İsmayil İsmayilov
Emtv.az