SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Camal Qaşıqçını ölürüənlərə edam tələbi

15-11-2018, 15:52 | Oxunub: 12 698 |

Camal Qaşıqçını ölürüənlərə edam tələbi

Səudiyyə Ərəbistanının Baş prokurorluğu jurnalist Camal Qaşıqçının qətlində təqsirkar olanlara ölüm cəzası tələb edəcək.

Emtv.az xəbər verir ki, bu barədə baş prokurorluğun rəsmi nümayəndəsi Şalyan əş-Şalyan Ər-Riyadda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, prokurorluq Camal Qaşıqçının öldürülməsi əmrini verən və əmri icra edən 5 müttəhim üçün edam cəzası tələb edəcək. Cinayət işi ilə əlaqədar hələlik 11 nəfərə ittiham irəli sürülüb, ümumilikdə isə təhqiqat çərçivəsində 21 nəfər saxlanılıb.

Baş prokurorluq vəliəhd şahzadə Məhəmməd bin Salmanın vəzifədən kənarlaşdırılan sabiq müşaviri Səud əl-Qahtaninin ölkədən çıxmasına qadağa qoyulduğunu da bildirib.

Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də nikahla bağlı sənədlər almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını təsdiqləmişdi.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:




Anadolu

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR