18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Daha bir səudi jurnalist vəhşicəsinə öldürüldü
Səudiyyə Ərəbistanında həbsxanalardan birində jurnalist və bloqer Turki bin Əbdül Əziz əl Casser dəhşətli işgəncələrə məruz qalandan sonra qətlə yetirilib.
Emtv.az yerli KIV-ə istinadən xəbər verir ki, Əl Casser Twitter-dəki Kashkool mikrobloqunda Səudiyyə Ərəbistanını kral ailəsinin mənsubları və hakimiyyət üzvlərinin qanun pozuntuları, insan haqlarını pozmaları, korrupsiya və rüşvətxorluq faktları barədə məlumatlar yayırdı.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə sığınan Əl Casserin ünvanını Səudiyyənin təhlükəsizlik xidməti Twitter-in regional ofisində çalışan agenti vasitəsilə müəyyənləşdirib.
Martda Dubayda tutulan jurnalist Səudiyyə Ərəbistanına aparılaraq həbsxanaya atılmışdı.
Əl Casserin tutulması üçün Dubaya göndərilmiş zabitlər Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın sabiq müşaviri Səud əl Kəhtaninin rəhbərlik etdiyi "Sosial şəbəkələrdə və kiberməkanda təhlükəsizliyin təminatı" adlı xüsusi qrupun üzvləri idilər.
Əl Kəhtani Twitter-dəki akkauntunda paylaşdığı tvitlərdən birində yazmışdı: "Səudiyyə Ərəbistanını hakimiyyətinə düşmən olanlar sosial şəbəkələrdəki uydurma adlar altında gizlənə bilməyəcəklər".
Əl Casser ABŞ-a sığınmış səudi jurnalist Camal Həşoqqinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında qətlə yetirilməsindən bir ay sonra öldürülüb.
Oktyabrın 2-də konsulluq binasına daxil olmuş Haşoqqi qətlə yetiriləndən sonra onun cəsədi şaqqalanıb və tikələri kimyəvi turşuda həll olunub.
Xumar Rəsulova
Emtv.az
Paylaş.