18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Rusiya İrəvana növbəti zərbəyə hazırlaşır” – Tofiq Zülfüqarov
İrəvanın KTMT-dəki məğlubiyyəti Ermənistanın Rusiya ilə münasibətlərinin səviyyəsini göstərən faktlardan sadəcə biridir.
Emtv.az xəbər verir ki, yerli mətbuata bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov özü deyib.
Sabiq nazir bildirib ki, bunu bir növ Paşinyanın qərbyönlü siyasətinin nəticəsi də adlandırmaq olar: “Ümumiyyətlə, bir daha təkrarlayım ki, Rusiya getdikcə Ermənistandan tamamilə uzaqlaşacaq. Bu, təbii ki, geosiyasi səbəblərdən qaynaqlanır. Bu yöndə ilk addım demək olar ki, atıldı, növbəti addımların ardı isə qarşıdakı dönəmlərdə gələcək. Bundan sonrakı addımlar müxtəlif ola bilər. Hesab edirəm ki, Rusiya Ermənistanı beynəlxalq təşkilatlarda müdafiə etmək siyasətindən uzaqlaşacaq, İrəvana verilən kreditlərdə ləngimələr olacaq. Bundan başqa, Rusiyada və Ermənistanın daxilində iki dövlət arasındakı “dostluğa” aid tənqidi fikirlər daha da güclənəcək. Bütün bunlarla yanaşı, proseslərin aqitasiya və təbliğat hissəsində də mövqelərin dəyişməsinin şahidi olacağıq”.
Azərbaycanın KTMT-də müşahidə statusuna gəlincə, sabiq nazir bunun Ermənistanla bu və ya digər rəqabət formasında olmayacağını bildirib: “Düzdür, hələlik mənzərə tam aydın deyil. Ancaq hesab edirəm ki, Azərbaycanın KTMT-də bu və ya digər addımı hansısa şərtlər daxilində olmalıdır. Məhz bunun nəticəsində də konkret uduşlarımızı və ya mövqeyimizi zəiflədən amilləri nəzərə ala biləcəyik”.
Xumar Rəsulova,
Emtv.az
Paylaş: