SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Tofiq Zülfüqarovdan növbəti sərt ittiham: - "Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır"

27-03-2017, 13:31 | Oxunub: 5 755 |

Tofiq Zülfüqarovdan növbəti sərt ittiham: - "Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır"
“Azərbaycan tərəfi danışıqlar üzrə mövqeyini açıqlayıb və bu, Ermənistan tərəfə bəllidir. Ancaq eyni zamanda hərbi-siyasi mövqeyə aid Azərbaycanın açıqlamasında elə bil ki, bir boşluq var. Azərbaycanın hərbi-siyasi mövqeyini dəqiqləşdirməsi çox vacibdir”.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu müsahibəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, həmişə belə bir imkan var ki, kimsə daha radikal mövqedən çıxış etsin və tələb etsin ki, biz qısa müddətdə əraziləri boşaltmalıyıq: “Biz hamımız bunu istəyirik, amma realist olmalıyıq. Təəssüflər olsun ki, bu proses uzanır və bəzən belə radikal mövqedə olan adamlar düşünməlidirlər ki, onların çağırışlarının birbaşa bizim əsgərlərimizin həyatı ilə bağlılığı var. Yəni kənarda durub kimisə harasa çağırmaq asandır. Amma biz həmişə fikirləşməliyik ki, el arasında deyildiyi kimi, “Nə şiş yansın, nə kabab”.
Elə etməliyik ki, istədiyimiz hədəflərə ən az itkilərlə nail olaq.”

T. Zülfüqarov qeyd edib ki, bizim hərbi-siyasi direktivimizin olması çox vacibdir: “Bizə qarşı işləyən təbliğat iddia edir ki, guya biz gedib Qarabağdakı erməniləri qırıb-çatmaq istəyirik. O təbliğatın qarşısını almaq üçün bu hadisələrdən qabaq, yaxud təhlükə yetişən zaman ortaya qoymalıyıq ki, bizim məqsədimiz nədən ibarətdir”.

Bu istiqamətdə Azərbaycan XİN-nin görməli olduğu işlərə gəldikdə o deyib ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır: “Demək olar ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur…”

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR