18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
XİN: Şavarş Koçaryan diplomatiyadan uzaq komikdir
"Şavarş Koçaryan (Ermənistanın xarici işlər nazirinin müavini - red.) bəşəriyyətə qarşı cinayətlər törətmiş, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş və Ermənistan vətəndaşlarının öldürülməsinə əmr verən Serj Sarkisyanın hərbi-diktatura rejimini təmsil edir".
Emtv.az xəbər verir ki, bunu açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ş. Koçaryanın səsləndirdiyi son fikirlərə münasibət bildirərkən deyib.
"Biz bir qayda olaraq diplomatiyadan uzaq olan və danışıqlar prosesinin mahiyyətini dərk etməyən Ermənistanın xarici işlər nazirinin komik müavinin sözlərini şərh etmirik. Amma bu dəfə onun nadanlığına və cəfəng fikirlərinə cavab verməyi vacib bildik. Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesini dövlət başçısına yaraşmayan ən eybəcər yalanlarla və tragikomediya oyunları ilə pozmağa və status-kvonu qorumağa çalışan da məhz Ermənistandakı hərbi-diktatura rejiminin başında duran Serj Sarkisyandır. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrləri də danışıqlar prosesində irəliləyişin əldə olunması, qəbuledilməz hesab etdikləri status-kvonun dəyişdirilməsi üçün lazımi qətiyyət və əzm nümayiş etdirmir və Sarkisyan rejiminə zəruri təzyiqləri göstərmirlər", - deyə qurum rəsmisi bildirib.