SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Putinin vaxtı yoxdur: Moskvada növbəti dəfə Ermənistanı ələ saldılar” – Erməni mətbuatı yazdı

27-09-2018, 14:18 | Oxunub: 8 362 |

“Putinin vaxtı yoxdur: Moskvada növbəti dəfə Ermənistanı ələ saldılar” – Erməni mətbuatı yazdı

Rusiya prezidenti Vladimir Putinin Ermənistana gözlənilən səfərindəki qeyri-müəyyənlik İrəvanda ciddi məyusluğa səbəb olub.

Emtv.az xəbər verir ki, Ermənistan XİN sözçüsü sentyabrın 26-da yaxın zamanlarda Vladimir Putinin İrəvana rəsmi səfər gələcəyi ilə bağlı məlumatının ardınca Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun 2018-ci ildə belə bir səfərin planlaşdırmadığını deməsi qarşı tərəfi çıxılmaz vəziyyətə salıb.

Bu, bir daha Ermənistanla Rusiya arşında ciddi gərginliyin olduğunun göstəricisi hesab etmək olar.

Moskvanın bu mövqeyini İrəvana etibarsız bir tərəfdaş, elə də ciddi əhəmiyyətə malik olmayan ölkə kimi yanaşmasının təzahürü kimi dəyərləndirmək olar.

Artıq erməni mediası və ekspertləri də Putinin İrəvana gözlənilən səfərinə ciddi yanaşmasını Rusiyanın son dövrlərdə Ermənistana etibarsız tərəfdaş kimi yanaşması prizmasından dəyərləndiriblər.

Avropa.info xəbər verir ki, erməni politoloq və ekspertlər Rusiyanın son dövrlərdə bölgədə daha çox Azərbaycana önəm verib, əməkdaşlığını inkişaf etdirməsini önə çəkirlər. Elə “1 in.am” portalında dərc olunan “Армения пусть подождет – у Путина нет времени: в Москве в очередной раз высмеяли Армению” (Ermənistan qoy gözləsin – Putinin vaxtı yoxdur: Moskvada növbəti dəfə Ermənistanı ələ saldılar) məqaləsi də məhz buna həsr olunub.

Məqalədə qeyd olunur ki, Moskva İrəvanın Putinin bu ölkəyə səfəri ilə bağlı açıqlamasını təkzib etmək və iki ölkə arşında münasibətlərin böhran xarakterli olduğunu göstərmək üçün sanki bir bəhanə gözləyirmiş. Ermənistan XİN açıqlaması buna şərait yaratdı.

Rusiya prezidenti Yuri Uşakov Putinin İrəvana gözlənilən səfəri ilə verdiyi açıqlamasında bir daha nümayiş etdirdi ki, Ermənistan Rusiyanın xarici siyasətində elə də prioritet ölkə deyil və ona görə də səfərlə bağlı “növbəsini” gözləməlidir. Uşakov bildirib ki, Paşinyanla Putin arasında görüş yaxın zamanlarda baş tutduğundan yaxın gələcəkdə yeni bir görüşə ümid etmək düzgün olmazdı.

Digər tərəfdən Düşənbədə MDB dövlət başçılarının sammiti olacaq, Astanada KTMT-nin sessiyası, dekabrda isə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət bacılarının sammiti olacaq və bu çərçivədə hansısa formatda görüşlər ola bilər. Lakin Putinin İrəvana rəsmi səfəri hələlik gündəlikdə deyil, deməsi artıq Ermənistanın Moskva üçün prioritet ölkə olmadığını sübut edir.

Erməni portalının yazdığına görə, Uşakov sentyabrın 26-da səsləndirdiyi ifadələr Ermənistana yönəlik təhqiramiz eyham idi. Bununla da Uşakov Ermənistanın rolunu Rusiya siyasətindəki rolunu kiçiltməyə çalışıb. O baxımdan da Putinin İrəvana gözlənilən səfərinin elə də əhəmiyyət daşımadığını göstərib. Moskvanın bu mövqeyinə rəğmən İrəvan təkidlə Putinin Ermənistana rəsmi səfərinin olacağını deyir. Çünki Paşinyan deyir ki, Putinlə 3 dəfə görüşsəm də bu görüşlər rəsmi olmayıb. “1 in.am” portalı qeyd edir ki, Moskva Ermənistanın üzləşdiyi situasiyanı yaxşı anladıyır və ona görə də hesab edir ki, Ermənistan hara qaça bilər. O baxımdan da səbrlə Putinin bu ölkəyə nə zamansa reallaşacaq bir neçə saatlıq səfərini gözləməli olacaq. Putinin belə bir səfəri üçün nə zaman imkan yaranacaq.

Erməni mediası qeyd edib ki, iki ölkə arasında yaranmış durumda günahı Moskvanı deyil, İrəvanı ittiham etmək lazımdır. Erməni mediasının yazdığına görə, Ermənistan Rusiya arasındakı böhranlı münasibətdən fərqli olaraq Azərbaycan Rusiya münasibətləri dinamik inkişaf edir.

Baxmayaraq, Azərbaycan KTMT və Avrasiya İttifaqının üzvü olmasa da, iki ölkə arasında çox isti münasibətlər formalaşıb. Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında tez-tez görüşlər keçirilir. Putinlə İlham Əliyev arasındakı son görüş sentyabrın 1-də olub və ilin sonunadək də bir neçə görüşü gözlənilir. Müxtəlif formatlarda uğurla birgə əməkdaşlıq edirlər.

Bakı səfərinin ardınca Putinin Düşənbədə MDB dövlət başçıları sammitində, Azərbaycan-Rusiya-İran dövlət başçılarının sammitində görüşləri olacaq. Bu formatdakı görüşlərdə daha ciddi regional əməkdaşlıq məsələləri müzakirə olunacaq. Ermənistan isə belə əməkdaşlıq formatlarından kənardadır.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR