SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Putin Bakıdadır, İrəvan gözləyir: Nikolun fiaskosu – Erməni politoloq yazdı

27-09-2018, 13:44 | Oxunub: 7 991 |

Putin Bakıdadır, İrəvan gözləyir: Nikolun fiaskosu – Erməni politoloq yazdı

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çoxdandır Putini İrəvanda “rəsmi qonaq” kimi qəbul etmək istəyən Ermənistan hökumətinin ən yaxın müttəfiqinin gözündə açıq-aşkar nüfuzdan düşməsini göstərir.

Son günlərdə Putinin İrəvana səfər edəcəyi xəbərini yorulmadan tirajlayan erməni hökuməti və hökumətin mənafeyinə xidmət edən media qurumları rus rəsmilərin bəyanatları qarşısında aciz vəziyyətə düşüb.

Putinin Bakıya səfəri qarşısında Ermənistan dövlətinin bir növ status-kvonu bərpa etmək cəhdlərini xatırladan “Putinin İrəvan səfəri” xəbərləri Kreml rəsmilərinin bu məsələnin prioritet təşkil etmədiyini açıqlamasından sonra inqilabi erməni hökumətinin növbəti uğursuz gedişi kimi tarixə yazılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, erməni politoloq Sərkis Artsruninin sözügedən məsələyə həsr olunmuş yazısını təqdim edir:

“Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan ötən gün mətbuat konfransı zamanı açıqlamasında “Rusiya Prezidenti yaxın vaxtlarda Ermənistanı ziyarət edəcək. Bu istiqamətdə müzakirələr davam etdirilir” demişdi.

“Rusiya prezidentinin səfəri ilə bağlı müzakirələr davam etdirilir. Hələlik vaxtı müəyyən edilməyib. Demək istəyirəm ki, həm biz, həm də Rusiya tərəfi səfəri təsdiqləyib. Tezliklə demək olmaz, ancaq səfər yaxın vaxtlarda baş tutacaq. Səfər rəsmi xarakter daşıyacaq”, – Balayan bildirib.

Bir qədər əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyanın özü Putinin İrəvana bu ilin sonu və ya gələn ilin əvvəlində səfər etməsi ehtimalını mümkün saymışdı.

Sanki Moskva Ermənistan-Rusiya münasibətlərinin böhran xarakterini göstərmək üçün İrəvandan səsləndirilən bəyanatları təkzib etməyə bəhanə axtarırdı.

Dünən Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov öz çıxışı ilə Putinin Ermənistana səfərinin Moskva üçün ümumiyyətlə prioritet təşkil etmədiyini və İrəvanın sakit şəkildə öz növbəsini gözləyə biləcəyini göstərdi.

“Bizim prezidentimizin Ermənistana səfərinin təşkil olunması ehtimalı həqiqətən müzakirə olunub, ancaq konkret olaraq tarixlər üzərində danışıqlar olmayıb”, – Uşakov brifinqdə bildirib.

“Prezidentlər yalnız Düşənbədə (MDB sammiti) deyil, həmçinin Astanada KMTM sessiyasında görüşəcəklər. Üstəlik bu dəfə dekabrda Moskvada Avrasiya İqtisadi Birliyinin sammiti də keçiriləcək ki, bu da liderlərə ən azı qısa şəkildə olsa da, danışmaq imkanı verəcək. Ermənistana səfər və ya hər hansı bir müddətlə bağlı məsələlər hələ ki müzakirə olunmur. Düşünürəm ki, səfər planı barədə qarşıdakı il üçün məqsəd qoymaq məntiqlidir”, – Uşakov əlavə edib.

O, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün onsuz da bu yaxınlarda baş tutduğunu xatırladıb.

Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, bu yaxınlarda, daha dəqiq, 1 sentyabrda Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevi də qəbul edib. Ancaq bu heç də Rusiya və Azərbaycan prezidentlərinin yeni görüşünün bu gün Bakıda keçirilməsinə əngəl törətməyib. Bundan əlavə, formal planda Rusiyanın regiondakı müttəfiqi Azərbaycandan fərqli olaraq AİB və KTMT üzvü olan Ermənistan sayılır.

Lakin Uşakovun dünənki sözlərində fərqli, daha təhqiramiz bir işarə var idi. O, bununla Ermənistanın Rusiyanın siyasətindəki rolunu, dolayısı ilə Putinin Ermənistana səfərinin dövlətçilik və siyasi cəhətdən əhəmiyyətini aşağı salır. Ermənistan tərəfinin Putinin İrəvan səfərinin rəsmi xarakter daşıyacağını iddia etdiyi bir vəziyyətdə Putin və Paşinyanın digər platformalarda neçə dəfə görüşəcəyi bir o qədər də vacib olmasa da, Uşakov bugünki Ermənistan-Rusiya münasibətlərinin səviyyəsinin liderlərin görüşünün vaxtının təyin olunmasının prioritet təşkil etməsi üçün kifayət etmədiyi fikrini ortaya qoyur və Paşiyanın Vladimir Putinlə şəkil çəkdirə biləcəyi bir sıra tədbirləri sıralayır. Yeri gəlmişkən, bu vaxta qədər üç dəfə görüşən Vladimir Putinlə Nikol Paşinyanın görüşlərinin heç birinin rəsmi xarakter daşımaması digər bir diqqətçəkən məqamdır.

Rusiya-Ermənistan münasibətlərinin “parlaq” təsviri bundan ibarətdir. Putinin ətrafı əmindir ki, Ermənistanın qaçmağa yeri yoxdur və səbirlə Putinin “qardaşyana” səfərini gözləyəcək. Bu səfər isə Rusiya prezidentinin cəmi bir neçə saatlıq asudə vaxtı olacağı halda baş tutacaq.

Rus imperializminin bu tip təzahürləri yeni deyil. Bu dəfə isə Moskvanı deyil, inqilaba baxmayaraq, təkvektorlu siyasəti davam etdirən və bütün mümkün platformalarda ölkənin xarici siyasət xəttinin dəyişmədiyini bildirən erməni hökumətini günahlandırmaq lazımdır.

Beləliklə, Ermənistanın yüksəkçinli şəxslərinin bütün xarici səfərlərinin əsas qəhrəmanı Rusiya oldu, çünki Nikol Paşinyanın bütün səfərləri Ermənistanın xarici siyasət kursunun dəyişmzliyini bəyan etməklə başlayır”.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR