18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rusiya nəşri İrəvanın şantajlarından yazdı: “Əgər Qarabağda müharibə başlayarsa…”
Ermənistanın yeni hakimiyyətinin Rusiyaya yönəlik siyasəti, Kremli şantaj etməsi Moskvada ciddi qıcıq yaratmağa səbəb olduğundan İrəvan əks reaksiyalarla qarşılaşır. İrəvanın bu jantajları Kremlin açıq təhdidləri ilə cavablandırılır. Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya cavabında “bizdə yeni situasiya yaranıb. Biz hamımız, o cümlədəm rusiyalı kolleqalarımız da bu situasiyaya adaptasiya olunmalıdır” deməsi, qarşı tərəfdə ciddi qəzəb hissi oyadıb.
Emtv.az xəbər verir ki, “Rosbalt” İrəvan Moskva arasındakı münasibətlərinə toxunan bir məqalə dərc edib və həmin yazıda Ermənistan təkcə bu ölkənin Rusiya tərəfindən deyil, Azərbaycan və Türkiyə tərəfindən cəzalandırılması qeyd olunub.
Paşinyanın KTMT və onun baş katibi ilə arasındakı münasibətlərə toxunaraq, qeyd edib ki, bu təşkilat olmazsa, o zaman Ermənistan Qarabağ problemini Azərbaycanla təkbaşına necə həll edə bilər?
Mətbu orqanı yazır ki, İrəvanın KTMT-yə belə münasibət bəslədiyi təqdirdə, Rusiya bu ölkəyə silah satmasını dayandıra bilər.
“Rusiya və KTMT geosiyasi rəqiblərinin olmasına baxmayaraq yaşaya bilər. Lakin Ermənistan üçün asan olmaya bilər. Onun Azərbaycan və Türkiyə kimi heç də yaxşı münasibətdə olmadığı qonşuları var. Bununla belə KTMT-yə üzv dövlətlər İrəvana Bakı ilə münasibətlərdə və Qarabağ problemində elə də canyananlıq etmir. KTMT-yə üzv dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Təşkilata üz olan ölkələr bu iki düşmənçilik edən dövlətlər arasındakı mübahisələrə baş qoşmaq istəmirlər. Əlbəttə ki, KTMT (əsasən də Rusiya) bütün tədbirlər görməyə məcbur olacaq ki, proseslər genişmiqyaslı hərbi əməliyyatlar həddinə çatmasın. Lakin belə bir genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, heç bir dövlət öz silahı qüvvələrini erməniləri xilas etmək üçün göndərməyəcək”- mətbu orqanında qeyd olunub.
Emtv.az
Paylaş: