18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İrəvan Xaçaturovun geri çağırılması ilə bağlı danışıqlara başladı – 5 prezidentdən icazə alınmalıdır
Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun tutduğu vəzifədən geri çağırılması ilə bağlı hərbi təşkilata üzv olan ölkələrlə aktiv danışqılar aparır.
Emtv.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.
Onun sözlərinə görə, KTMT təşkilatın baş katibinin dəyişməsi barədə hələlik qərarı yoxdur.
“Ona görə də Yuri Xaçaturov baş katib postunda qalmaqda davam edir. KTMT-nin yeni baş katibi barədə qərar təşkilata üzv dövlətlərlə konsesus əsasında qəbul ediləcək. Atdığımız addımlar KTMT tələblərinə uyğun həyata keçirilir. Əvvəl dediyimiz kimi ,Ermənistan KTMTi-nin baş katibi postundan dəyişməsi barədə tərəfdaşlarına təklif verib və bu istiqamətdə aktiv işlər gedir”- T.Balayan bildirib.
Qeyd edək ki, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun tutduğu vəzifədən geri çağırılması üçün rəsmi İrəvan KTMT-yə üzv olan digər 5 ölkənin (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan) prezidentinin icazəsini almalıdır.
Aynurə Kərimova,
Emtv.az