17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Oktyabr ayında muxtar respublikada 8 min 658 hektar əkin sahəsi suvarılıb
Naxçıvan Muxtar Respublikasında ötən ay suvarma mövsümünün mütəşəkkil keçirilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin olunması, su itkisinin qarşısının alınması diqqətdə saxlanılıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Muxtar respublika Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən bildirilib ki, muxtar respublika ərazisində su istifadəçilərinə oktyabr ayı ərzində 10,7 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma da daxil olmaqla, 8 min 658 hektar torpaq sahəsi suvarılıb.
Bu dövrdə 19 kilometr beton və torpaq kanal, 23 kilometr ara arxlar lildən təmizlənib, 20 kilometr yeni suvarma boru xətti çəkilib, 4 kilometr suvarma boru xətti təmir-bərpa olunub.
Kəngərli rayonunun Böyükdüz kəndindəki 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 20 min 186 metr boru xətti çəkilib. Torpaqların qrunt sularından təmizlənməsi üçün açıq drenaj kanalı qazılıb, 157 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb.
Ötən ay muxtar respublikanın yaşayış məntəqələrində 3 kilometrdən çox yeni içməli su xətti çəkilib, 6 kilometrdən çoxu təmir edilib. Ordubad rayonunun Dəstə kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün müxtəlif diametrli borularla 2500 metr yeni içməli su xətti çəkilib.
Kəhrizlərin təmir-bərpası oktyabr ayında da diqqətdə saxlanılıb, 5 kəhrizdə bərpa işləri davam etdirilib. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 56 subartezian quyusunda isə təmir işləri aparılıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad rayonunda sutəmizləyici qurğuda tikinti işləri başa çatıb, Şahbuz şəhər çirkab su təmizləyici qurğu ətrafında abadlıq işləri aparılır.
Seymur Rəhimov
Emtv.az
Paylaş: