SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada içməli və suvarma su təminatının ödənilməsi sahəsində ardıcıl tədbirlər görülür

17-07-2017, 06:26 | Oxunub: 12 689 |

Muxtar respublikada içməli və suvarma su təminatının ödənilməsi sahəsində ardıcıl tədbirlər görülür
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən bu ilin 6 ayı ərzində torpaqların su təminatının yaxşılaşdırılması və münbitliyinin artırılması sahəsində həyata keçirilən tədbirlər davam etdirilib, su anbarlarına 278 milyon kubmetr su ehtiyatı toplanıb.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, bununla yanaşı, şoranlaşmanın qarşısını almaq və suyun itkisiz çatdırılması məqsədilə 165 kilometr magistral kanal, 233 kilometr ara arxları və 19 kilometr kollektor lildən təmizlənib, 36 kilometr yeni suvarma boru xətti çəkilib.

Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində görülən işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanıb, bu günə qədər 3 kilometr magistral boru xətti və müxtəlif diametrli borularla 26 kilometr suvarma xətti çəkilib. Uzunoba Su Anbarına sugətirən kanalın 650 metr, suaparan kanalın isə 940 metr hissəsi beton panellərlə üzlənib. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə çay və selovlarda 19 kilometr istiqamətləndirici bənd tikilib, 7 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb.

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilib. Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 35 kilometr kanalizasiya xətti, 37 kilometr içməli su xətti çəkilib, 1103 ev kanalizasiya şəbəkəsinə qoşulub və sayğac quraşdırılıb. Şərur rayonunda isə müxtəlif diametrli borularla 52 kilometr içməli su xətti, 10 kilometr kanalizasiya xətti çəkilib, 713 ev birləşməsi aparılıb. Layihəyə uyğun olaraq Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılıb, Ordubad rayonunda isə 2 subartezian quyusu qazılıb.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR