17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda suvarma mövsümünə hazırlıq işləri görülür
Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. Tərtib edilmiş qrafikə uyğun olaraq nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün kollektor və drenajlar lildən təmizlənir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, 2017-ci ilin birinci rübündə 99 kilometr magistral kanal, 96 kilometr ara arxları, 8 kilometr kollektor lildən təmizlənib, 21 kilometr içməli su xətti təmir olunub, sututarlara 195 milyon kubmetrdən artıq su ehtiyatı yığılıb. Bundan başqa, yaşayış məntəqələrini və əkin sahələrini yaz aylarında sel sularının zərərli təsirindən qorumaq məqsədilə 8 kilometr məsafədə istiqamətləndirici bənd tikilib.
Kanallarda su itkilərini azaltmaq məqsədilə həyata keçirilən tədbirlər davam etdirilib, Uzunoba Su Anbarına sugətirən kanalın 550, suaparan kanalın isə 940 metri beton panellərlə yenidən tikilib. Ötən dövrdə suvarma və içməli su mənbəyi kimi istifadə olunan 7 subartezian quyusunda yeni nasos quraşdırılıb, 1 kəhrizin təmir-bərpası başa çatdırılıb.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 34 kilometr kanalizasiya xətti və 37 kilometr içməli su xətti çəkilib, 1090 ev kanalizasiya şəbəkəsinə qoşulub və 1035 sayğac quraşdırılıb. Şərur rayonunda isə müxtəlif diametrli borularla 34 kilometr içməli su xətti çəkilərək 517 ev birləşməsi aparılıb.
Emtv.az