17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanda meliorasiya və irriqasiya işləri davam etdirilir
Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin ötən dövründə suvarmanı mütəşəkkil təşkil etmək məqsədilə tədbirlər görülüb, 35 kilometr yeni suvarma boru xətti, 3 kilometr yeni içməli su xətti çəkilib, 12 kilometr suvarma boru xətti, 33 kilometr içməli su xətti təmir-bərpa olunub. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 22 min 400 metr paylayıcı boru xətti çəkilib.
Emtv.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, Sədərək rayonunda “Dəhnə” adlanan ərazidə 8 hektar sahə, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 39 hektar sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib. Şoranlaşmanın qarşısını almaq məqsədilə, ümumilikdə, 563 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınıb. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançay və Cəhriçayda, Qahab və Sirab selovunda, eləcə də Arpaçay vadisində selə qarşı, ümumilikdə, 24 kilometr istiqamətləndirici bənd salınıb. Bu dövrdə 8 kəhrizin bərpası başa çatdırılıb.
“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 16,4 kilometr içməli su xətti çəkilib, 576 evə su verilərək sayğac quraşdırılıb, müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilib, bütün mənzillər şəbəkəyə qoşulub. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunda tikinti işləri davam etdirilib. Şərur rayonunun Yengicə kəndində müxtəlif diametrli borularla 29 kilometr su xətti çəkilib, 860 ev şəbəkəyə qoşulub. Ordubad rayonunda ümumi tutumu 18 min kubmetr olan 6 su anbarının tikintisi başa çatdırılıb, 18 subartezian quyusu qazılıb. Həmçinin Ordubad şəhərində müxtəlif diametrli borularla 73 kilometr içməli su xətti, 72 kilometr kanalizasiya xətti və anbarlar arasında 7 kilometr təzyiqli boru xətti çəkilib.
Emtv.az