SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda TürkPA-nın hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib

31-10-2018, 17:21 | Oxunub: 9 458 |

Bakıda TürkPA-nın hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib

Oktyabrın 31-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) hüquqi məsələləri və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib.

Emtv.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin deputatı, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.

İsmət Uçma əvvəlcə iclasın gündəliyinə daxil edilən layihələrin əhəmiyyətindən danışıb.

Azərbaycanın müstəqillik tarixindən bəhs edən İsmət Uçma bildirib ki, 1918-ci ildə böyük mübarizə nəticəsində qardaş Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Azərbaycan nadir maddi-mənəvi nemətləri, insan qaynaqları, yeraltı və yerüstü sərvətləri, əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib. Azərbaycanın hər bir uğuru Türkiyəni çox sevindirir. Türkiyə qardaş ölkə kimi daim Azərbaycanın yanındadır.

İsmət Uçma qeyd edib ki, türkdilli ölkələr öz aralarında sosial, siyasi, iqtisadi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirərək dünyaya bir nümunə göstərəcəklər. Keçən 10 il ərzində TürkPA üzvləri tərəfindən bir çox uğurlara imza atılıb. Bildirilib ki, toplantılar, müxtəlif mövzulardakı konfranslar, təcrübə mübadiləsi sayəsində qardaş ölkələrimiz arasında parlament səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi çox əhəmiyyətlidir. Bu il noyabrın 20-də İzmirdə TürkPA-nın 10 illiyi qeyd ediləcək. Ümid edirəm ki, 10 il ərzində gördüyümüz işlər gələcək üçün yol xəritəsi ola biləcək.

Sonra Milli Məclisin deputatı Cavanşir Feyziyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini səsləndirib. Bildirilib ki, son 3 il ərzində keçirilən toplantılar çox önəmli və faydalıdır. TürkPA-nın fəaliyyətdə olduğu 10 il ərzində ortaya türk dünyası üçün əhəmiyyətli olan çox böyük işlər qoyulub. Bütün bunlar təqdirəlayiqdir və gələcək üçün böyük vədlər verən fəaliyyətdir.

TürkPA-nın baş katibi Altınbek Mamayusupov İslam dünyasında ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımıza təbriklərini çatdırıb. Cari ilin önəmli tarixlərlə zəngin olduğunu deyən Altınbek Mamayusupov bildirib ki, Qazaxıstanda da Astana şəhərinin qurulmasının 20, qazax ədəbiyyatının məşhur və önəmli şairlərindən biri Maqcan Cumabayevin 125 illiyi, Qırğızıstanda isə türk dünyasını və mədəniyyətini dünyaya tanıtdıran böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə bağlı tədbirlər keçirilir.

İclasda “TürkPA katibliyinin Maliyyə Əsasnaməsi”, “TürkPA-nın göstərdiyi xidmətə görə medalları və medal vəsiqələrinin Əsasnaməsi”, “2017-ci il üçün TürkPA katibliyinin icrasının illik auditi”, “TürkPA-ya üzv dövlətlərin terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyə dair ortaq mövqeyinin müəyyənləşdiriməsi üzrə hesabat məruzəsi” layihələri ətraflı müzakirə edilib.

Aynurə Kərimli
Emtv.az

Bakıda TürkPA-nın hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib
Bakıda TürkPA-nın hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib


































Paylaş:
azertag

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR