17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"TürkPA" OQTAY ƏSƏDOVA MEDAL VERDİ
TürkPA-nın Astanada keçirilən 6-cı plenar iclasında təşkilata sədrliyi Azərbaycan Qazaxıstana təhvil verib.
"EMTV.az" “inform.kz” saytına istinadən verdiyi xəbərə görə, sədrliyi təhvil alan Qazaxıstan Məclisinin spikeri Kabibulla Cakupov TürkPA-ya sədrliyi dövründə aparılan işlərə görə Azərbaycan parlamentarilərinə təşəkkür edib.
Bununla yanaşı, K. Cakupov TürkPA-nın türkdilli ölkələr arasında dialoq üçün vacib platforma olduğunu qeyd edib.
“TürkPA türk inteqrasiyasının parlament ölçüsüdür. Assambleya fəaliyyəti ilə ölkə rəhbərliklərinin qərarlarına hərtərəfli yardım edir,” - deyə spiker bildirib.
Məclisdə 2014-cü il boyu TürkPA-nın fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, katibliyin gələn il üçün büdcə layihəsi nəzərdən keçirilib, növbəti plenar iclasın keçirilmə yeri və vaxtı müzakirə olunub.
İclasda ilk dəfə olaraq TürkPA-nın medalları təqdim edilib.
Türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsində xidmətlərinə görə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamentinin spikeri Kabibulla Cakupov, Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekov, və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman medalla təltif olunublar.