17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İSTANBULDA AĞSAQQALLAR ŞURASININ TOPLANTISI KEÇİRİLİR
Dekabrın 25-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Ağsaqqallar Şurasının X toplantısı işə başlayıb.
"EMTV.az" xəbər verir ki, Toplantıda Türkiyə rəsmiləri, ölkə parlamentinin deputatları, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyevin, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, sabiq senator Adil Ahmetovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, TURKSOY-un və TürkPA-nın təmsilçiləri iştirak edirlər.
İclasın gündəliyinə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının altıncı Zirvə toplantısının əsas mövzusu olan gənclik və idman mövzusu, o cümlədən siyasi, iqtisadi, mədəni, turizm, biznes və digər sahələr də daxil olmaqla təşkilatın 2016-cı ildə nəzərdə tutulan çoxistiqamətli fəaliyyətinin daha səmərəli qurulmasına dair məsələlər daxildir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov TDƏŞ-in ayrı-ayrı strukturlarının, o cümlədən Ağsaqqallar Şurasının fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Sonra nümayəndə heyətlərinin rəhbərlərinin və digər təmsilçilərin çıxışları dinlənilib. Bildirilib ki, TDƏŞ-ə üzv ölkələrdə gənc nəslin düzgün tərbiyəsi, yüksək təhsil alması, onların ölkələrimizin inkişafında daha yaxından iştirakına nail olunması məsələlərində ağsaqqalların üzərinə böyük vəzifələr düşür. TDƏŞ ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması məsələlərində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməli, həmçinin bu prosesdə qurumun Ağsaqqallar Şurasının iştirakına ciddi səylər göstərməlidir.
Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib.
İclas dekabrın 26-da işini davam etdirəcək.