20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının iclası keçirilib
Azərbaycan və UNESCO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, iclasda fəxri qonaq statusunda UNESCO baş direktoru İrina Bokova iştirak edib.
Xarici işlər naziri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elmar Məmmədyarov iclası giriş sözü ilə açaraq 25 il ərzində Azərbaycanın UNESCO ilə faydalı və məhsuldar əlaqələr qurduğunu qeyd edib. Nazir Azərbaycanın birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan–UNESCO əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bu xüsusda o, Azərbaycanın iki maddi mədəniyyət abidəsinin UNESCO-nun Ümumdünya irs siyahısına, səkkiz nominasiyasının UNESCO-nun qeyri-maddi irs siyahısına, bir nominasiyasının isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahına daxil edildiyi barəsində məlumat verib.
E. Məmmədyarov Azərbaycanın UNESCO-nun dörd komitəsinin fəal üzvü olduğunu, ölkəmizdə UNESCO-nun müxtəlif proqramları üzrə beş milli komitənin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın UNESCO-nun donorlarından biri olduğunu qeyd edərək 2013-cü ildə Azərbaycan və UNESCO arasında imzalanmış Çərçivə Sazişinə uyğun olaraq ölkəmizin UNESCO-nun Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirdiyini diqqətə çatdırıb.
Nazir UNESCO-nun xətti ilə ölkəmizdə çoxsaylı tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və əməkdaşlığın bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
İ. Bokova isə 25 il ərzində Azərbaycan-UNESCO əməkdaşlığının inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Azərbaycan və UNESCO arasında əlaqələrin hərtərəfli inkişafında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib. O, ölkəmizin UNESCO-nun prinsiplərinə sadiqliyini, təşkilatın məqsəd və məramlarının milli və beynəlxalq səviyyədə təşviq edilməsi, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
İ. Bokova Bakıda keçirilən və UNESCO-nun da tərəfdaşı olduğu 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, forumda çağdaş dünya üçün aktual mövzuların müzakirə olunduğunu vurğulayıb.
Görüş UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.
Emtv.az